“Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlıq Məsələləri
Komissiyasının yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli
106 nömrəli Sərəncamında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 174; 2002, ¹ 1, maddə 71; 2004, ¹ 4, maddə 282, ¹ 7, maddə 566; 2005, ¹ 8, maddə 733; 2007, ¹ 12, maddə 1251; 2009, ¹ 2, maddə 93; 2012, ¹ 5, maddə 442; 2015, ¹ 11, maddə 1301) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.Doqquzuncu abzasda “Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəz edilsin.
2.On üçüncü, on dördüncü abzaslar on dördüncü, on beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda on üçüncü abzas əlavə edilsin:
“Sultanov Orxan Sedyar oğlu - Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr
2016-cı il
Azərbaycan.-
2016.- 18 dekabr.- S.5.