“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununda
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 5, maddə 470, ¹ 12, maddə 1501; 2015, ¹ 6, maddə 682; 2016, I kitab, ¹ 2, maddə 199) 2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“Maddə 2. Bu qanunun 1.1.1-ci maddəsi 2020-ci il yanvarın 1-dən, 1.3-cü maddəsi 2017-ci il yanvarın 1-dən, digər müddəaları 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr
2016-cı il
Azərbaycan.-
2016.- 18 dekabr.- S. 1.