“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 26-cı bəndini rəhbər tutaraq qərara alır:

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 813; 2016, ¹ 3, maddə 411) aşağıdakı dəyişikliklər edilsin:

1.  1.0.5-ci maddənin birinci cümləsinə və 1.0.18-ci maddəyə “şəxs” sözündən əvvəl “hüquqisözü əlavə edilsin.

2.  1.0.23-cü maddəyə “alətlərindən” sözündən sonra “, habelə pul vəsaitindən” sözləri əlavə edilsin.

3.   5.6.3-cü maddədə “olmadıqda” sözüolduqdasözü ilə əvəz edilsin.

4.  38.3-cü maddənin birinci cümləsində “icrası” sözü “icrasına dair daxili” sözləri ilə əvəz edilsin.

5.   62.6.1.4-cü maddədə “təsisçilərin” sözümühüm iştirak payı sahiblərinin” sözləri ilə əvəz edilsin.

6.  79.1.9-cu maddəyə “götürənləri” sözündən sonra “(götürülənləri)” sözü əlavə edilsin.

7.   83.0.7-ci maddədən “qiymətlərlə” sözü çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 noyabr 2016-cı il

 

Azərbaycan.- 2016.-18 dekabr.- S.2.