“Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan
Respublikasının yubiley medalı
haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif
edilən şəxslər
“Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin
25 illiyi (1992-2017)” Azərbaycan
Respublikasının yubiley
medalı ilə Azərbaycan Respublikasının
gömrük orqanlarında
vəzifələrini nümunəvi
yerinə yetirən, xidmətdə yüksək
nəticələr əldə
edən gömrük orqanlarının əməkdaşları,
habelə Azərbaycan
Respublikasının gömrük
işinin təşkilində,
təkmilləşdirilməsində və möhkəmləndirilməsində
xüsusi xidmətləri
olan şəxslər
təltif edilirlər.
Maddə 2. Təltif
edən orqan
“Azərbaycan
Respublikası Dövlət
Gömrük Komitəsinin
25 illiyi (1992-2017)” Azərbaycan
Respublikasının yubiley
medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən
şəxslər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan
Respublikası Dövlət Gömrük
Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan
Respublikasının yubiley medalı döşün sol tərəfinə,
Azərbaycan Respublikasının digər orden
və medalları olduqda onlardan
sonra taxılır.
Azərbaycan.-2016.-18
dekabr.- S.4.