“Azərbaycan Respublikası vətəndaşının
yeni nəsil şəxsiyyət vəsiqəsinin
və 15 yaşı tamam olmamış Azərbaycan
Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli
Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 6, maddə 682) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-4-cü və 8-10-cu maddələrdə “2017-ci il” sözləri “2018-ci il” sözləri ilə əvəz edilsin.
2. 5-7-ci maddələr ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr
2016-cı il
Azərbaycan.-
2016.-18 dekabr.- S.5.