“Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununda
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2, maddə 198) 1-ci maddəsinin üçüncü abzasında və 2-ci maddəsində “2017-ci il” sözləri “2018-ci il” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr
2016-cı il
Azərbaycan.-
2016.-18 dekabr.- S.5.