“Azərbaycan Respublikasının
1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu
ilə təsdiq edilmiş
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununda
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 5, maddə 471, ¹ 12, maddə 1502; 2015, ¹ 6, maddə 682) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.13-cü maddədə “2017-ci il” sözləri “2018-ci il” sözləri ilə əvəz edilsin.
2. 2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 2. Bu Qanunun 1.8-ci və 1.11-ci maddələri 2017-ci il yanvarın 1-dən, digər müddəaları 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr
2016-cı il
Azərbaycan.-2016.-18
dekabr.- S.6.