Qətər Dövlətinin Əmiri Əlahəzrət
şeyx Təmim bin Həməd
Al Taniyə
Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Qətər Dövlətinin qardaş xalqına daim sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 dekabr 2016-cı il.
Azərbaycan.-
2016.- 18 dekabr.- S. 1.