Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə

 

Hörmətli Vladimir Vladimiroviç!

Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı.

Biz bu qanlı terror cinayətini qətiyyətlə qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 dekabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 20 dekabr.- S.1.