Gəncədə IV Şərab Festivalının təntənəli açılışı olub [

 

Dekabrın 19-da Gəncədə IV Beynəlxalq Şərab Festivalının təntənəli açılışı olub.

AZƏRTAC xəbər verir ki, festivalda Gəncə, Naftalan şəhərlərinin, Şəmkir, Tovuz, İsmayıllı rayonlarının icra hakimiyyətlərinin başçıları, Fransanın Bordo, Şampan, Alzas, Şable, Bolqarıstanın Varna, Gürcüstanın Kutaisi şəhərlərinin merləri, xarici ölkələrin nümayəndələri, Azərbaycan ilə Fransa regionları şəhərlərarası əməkdaşlığa dair birincidəyirmi masa”nın üzvləri iştirak ediblər. Həmçinin festivala Avropanın şərab istehsalı sahəsində ənənəyə malik ölkələrinin təmsilçiləri, eləcə dövlət hökumət nümayəndələri, Milli Məclisin deputatları, yerli xarici qonaqlar da qatılıblar.

Festivalın keçirilməsində məqsəd şərab istehlakı mədəniyyətini formalaşdırmaq, yerli çaxır bazarı iştirakçılarını birləşdirmək, çaxır məhsullarını nümayiş etdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasına dəstək verməkdən ibarət olub.

Əvvəlcə festival iştirakçıları Gəncə şəhər Park Bulvar Kompleksində təşkil olunan pavilyonlara baxıb, müxtəlif idarə, təşkilat müəssisələrin, eləcə el sənətkarlarının hazırladığı sərgi ilə tanış olublar.

Sərgidə Azərbaycan, Fransa, Bolqarıstan, Ukrayna Moldovanın şərab istehsalı sahəsində tanınmış istehsalçıları öz məhsullarını nümayiş etdiriblər.

Qonaqlara Azərbaycan milli mətbəxinin müxtəlif təamları, növbənöv plovlar, qəlyanaltılar, şirniyyatlar şərbətlər təqdim olunub.

Festivalın əvvəlində rəsmi şəxslərin çıxışları dinlənilib.

Sonra II Salxım dequstasiya müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bildirilib ki, müsabiqə IV Beynəlxalq Şərab Festivalı çərçivəsində Aqrar Universitetin qida məhsulları mühəndisliyi ekspertiza kafedrasında təşkil olunub.

Dequstasiyada beynəlxalq yerli münsiflər tərəfindən Gəncə, Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl Abşerondakı müəssisələrin istehsalı olan 30 növ şərabın keyfiyyəti 16 münsif tərəfindən 100 ballıq sistem əsasında qiymətləndirilib. Qalib gələn istehsalçılar ayrı-ayrı nominasiyalar üzrə medallara layiq görülüblər. Festivalın Qran-prisiRübaişərabına görə Ağsu şəhərində fəaliyyət göstərənAz-Granata” MMC- təqdim olunub.

Dekabrın 20-də başa çatacaq festivalda, həmçinin kulinariya şousu, Gəncənin təndir çörəyi yerli pendirlərin dequstasiyası da keçirilib.

 

Azərbaycan.- 2016.- 20 dekabr.- S.7.