Almaniya Federativ
Respublikasının Federal Kansleri
Zati-aliləri xanım
Angela Merkelə
Hörmətli xanım
Federal Kansler,
Berlində törədilmiş qanlı
terror aktı nəticəsində
həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.
Biz bu dəhşətli hadisədən
son dərəcə hiddətlənir,
dinc insanlara qarşı yönəlmiş
bu qəddarlıq əməlini qətiyyətlə
pisləyir, terrorizmə
qarşı mübarizədə
birgə səylər
göstərilməsini vacib
hesab edirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə
və yaxınlarına,
bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 dekabr 2016-cı il.
Azərbaycan.-2016.-
21 dekabr.- S.1.