Rauf Məmmədov Avropa
çempionatında iki medal
qazandı
Estoniyanın paytaxtı Tallinndə şahmatın rapid və blits növləri üzrə Avropa çempionatı başa çatmışdır. Yarışlarda ölkəmizi beynəlxalq qrossmeyster Rauf Məmmədov təmsil etmişdir. Bir çox tanınmış şahmatçının iştirak etdiyi çempionatda ilk olaraq rapid üzrə yarışlar keçirilmişdir. Ardıcıl olaraq 9 qələbə qazanan şahmatçımız sonuncu tur ərəfəsində qızıl medala yiyələnmək üçün ən real namizəd idi. Belə ki, rusiyalı Aleksandr Ryazantsevlə görüşdə Raufu heç-heçə də qane edirdi. Lakin bu görüşdə də qələbə qazanmağa çalışan şahmatçımız təşəbbüsü əldən vermişdir. Son turdakı uğursuzluq nəticəsində şahmatçımız bürünc medal əldə etmişdir.
Rapid üzrə Avropa çempionatının qalibi isə 9,5 xalla Aleksandr Ryazantsev olmuşdur. Eyni sayda xal toplamış digər rusiyalı şahmatçı Maksim Matlakov əlavə göstəricilərə görə yarışların gümüş medalına yiyələnmişdir.
Srağagün isə blits üzrə yarışlar başlamışdır. Xatırladaq ki, ötənilki sürətli şahmat yarışlarında Rauf Məmmədov Avropa çempionu adına layiq görülmüşdür. O, yenidən qitə yarışlarının qalibi olmaq üçün mübarizəyə qoşulmuş və 6 rəqibi ilə 12 partiya oynayaraq qalib kimi növbəti mərhələyə vəsiqə qazanmışdır. Təəssüf ki, ilk oyun gününün sonuncu partiyasında şahmatçımız rusiyalı qrossmeyster Dmitri Andreykinə məğlub olmuş və ikinci pillədə qərarlaşmışdır.
Növbəti gün keçirilmiş oyunlarda uğurlu çıxışını davam etdirsə də, sonda Andreykinə çata bilməyən Rauf 20,5 xalla gümüş medala layiq görülmüşdür. Rusiyalı qrossmeyster isə 22 xalla qalib olmuşdur. Bürünc medalı belaruslu şahmatçı Sergey Jiqalko qazanmışdır.
Beləliklə, son illər nəticələrini xeyli yaxşılaşdırmış Rauf Məmmədov budəfəki qitə çempionatında da iki medal qazanmaqla dünya cədvəlindəki reytinqini daha da yaxşılaşdırmışdır.
Rauf Məmmədov 1988-ci il
aprelin 26-da Bakı şəhərində anadan
olmuşdur. Şahmat oynamağa 7 yaşından
başlayıb. 2004-cü
ildə qrossmeyster adını qazanmışdır. Ölkə çempionatının üçqat qalibidir.
O, 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində
və 2013-cü ildə
Polşanın paytaxtı
Varşavada keçirilən
şahmat üzrə milli komandaların Avropa çempionatında qızıl, 2007-ci ildə
isə bürünc
medal qazanmışdır.
2009-cu ildə
Rauf Məmmədov
Texas ştatının Lubbock şəhərində keçirilən
16-cı kateqoriyalı SPİCE kubok turnirində 1-3-cü
yerləri bölüşmüşdür.
2011-ci ildə
Corsica Masters blits turnirinin
qalibi olmuşdur.
2015-ci ildə Minskdə keçirilən
şahm
at üzrə Avropa blits çempionatının
qalibidir.
Rauf Məmmədov 2015-ci və
2016-cı ildə keçirilən
beynəlxalq qrossmeyster
Vüqar Həşimovun
xatirəsinə həsr
olunmuş Şəmkir
beynəlxalq şahmat
turnirinin iştirakçısı
olmuşdur.
Azərbaycan.- 2016.- 21 dekabr.- S.8.