Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycanın hərtərəfli nailiyyətlərinə - cəmiyyətin rifahının yüksəlməsinə və iqtisadiyyatın dinamik inkişafına, dövlətçiliyinin və dünyada nüfuzunun möhkəmlənməsinə görə ürəkdən sevinirəm.

Bizim aramızda etimada əsaslanan, bu yaxınlarda Sizin gözəl ölkənizə səmərəli səfərimin gedişində daha da möhkəmlənmiş dostluq münasibətlərini yüksək qiymətləndirir və əziz tuturam. Əminəm ki, ölkələrimizin qardaş xalqlarının mənafeyi naminə Belarus-Azərbaycan əməkdaşlığını keyfiyyətcə daha yüksək səviyyəyə çatdırmaq üçün qarşılıqlı səylərimiz artıq yaxın gələcəkdə hiss olunan nəticələr verəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə, doğmalarınıza və yaxınlarınıza səmimi qəlbdən yeni quruculuq uğurları, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

 

Aleksandr LUKAŞENKO,

Belarus Respublikasının Prezidenti

 

Azərbaycan.- 2016.- 22 dekabr.- S.2.