Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin.

Sizin yürütdüyünüz müdrik və dərindən düşünülmüş daxilixarici siyasət sayəsində qardaş Azərbaycanda ictimai-siyasisosial-iqtisadi inkişafın bütün sahələrində sanballı uğurlar qazanılır, xalqın rifahının yüksəldilməsinə, ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə yönəlmiş uğurlu dəyişikliklər və islahatlar dinamik şəkildə həyata keçirilir.

Özbək və Azərbaycan xalqlarını tarixin və zamanın sınağından çıxmış çoxəsrlik həqiqi dostluq və qarşılıqlı hörmət münasibətləri, ortaq və yaxın mədəniyyət, adət və ənənələr sıx bağlayır.

Ötəri olmayan bu dəyərlər Özbəkistan ilə Azərbaycan arasında qarşılıqlı anlaşmaetimad prinsiplərinə, ölkələrimizin və xalqlarımızın mənafeyi, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi naminə səmərəli qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əlverişli və möhkəm zəmin yaradır.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və hərtərəfli uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləmək istəyirəm.

Hörmətlə,

 

Şavkat MİRZİYOYEV,

Özbəkistan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2016.- 22 dekabr.- S.2.