Gənc istedadların xüsusi təqaüdə
layiq görülməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Behbudov Rəşid Ələddin
oğlu - Bülbül adına orta ixtisas musiqi məktəbinin
şagirdi
İsmayılova Nərminə Zahid
qızı - Bülbül adına orta ixtisas musiqi məktəbinin
şagirdi.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr
2016-cı il
Azərbaycan.-
2016.- 22 dekabr.- S.2.