Elmi-Metodiki Mərkəzin
illik hesabatı dinlənilib
Dekabrın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında Mədəniyyət
və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzinin (MEMM) illik
fəaliyyətinə həsr
olunmuş hesabat toplantısı keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə MEMM-in əməkdaşları,
regionlarda fəaliyyət
göstərən mədəniyyət
müəssisələrinin nümayəndələri və
“Gənc mədəniyyət
işçilərinin koordinasiya
kreativ qrupu”nun üzvləri iştirak edib.
Əvvəlcə mərkəzin
bu il
ərzində fəaliyyətini
əks etdirən videoçarx nümayiş
olunub.
Elmi-Metodik Mərkəzin
direktoru Asif Usubəliyev çıxış
edərək il ərzində görülən işlər
barədə məlumat
verib. Bildirib ki, mərkəzin
strukturunda aparılan islahatlar Mədəniyyət
və Turizm Nazirliyi sistemində həyata keçirilən
islahatların tərkib
hissəsidir. Qeyd edib
ki, görülən işlərin əsas məqsədi fəaliyyətin
təkmilləşdirilməsi, müasir üsulların tətbiq edilməsi və mədəniyyət
sahəsinin regionlarda populyarlaşdırılmasından ibarətdir.
Direktor bildirib ki, il ərzində
mərkəz tərəfindən
ümumi iştirakçı
sayı 28 min nəfərdən
çox olan 100-ə yaxın metodiki təlim, elmi-praktik konfrans, seminar, həmçinin
yubiley və əlamətdar tarixlər,
internet aksiyalar və
s. tədbirlər keçirilib.
Hesabat dövründə metodiki köməkliyin göstərilməsi
məqsədilə mərkəzin
47 əməkdaşı 33 regiona ezam edilib.
Təşkil olunan təlimlər,
ümumilikdə, 43 rayonu
əhatə edib.
İl ərzində 32 adda müxtəlif məzmunlu yeni metodiki vəsait
hazırlanıb. Mərkəzin işçi qrupu tərəfindən Azərbaycan
mədəniyyəti ilə
əlaqədar saxtalaşdırma,
mənimsəmə və
təhrif olunması ilə bağlı müxtəlif əcnəbi
internet resurslarında monitorinq
aparılıb, 246 fakt
aşkar edilib.
Gələcək planlardan
danışan A.Usubəliyev
gələn il
“Müasir mədəniyyətşünaslıq”
jurnalının çap
ediləcəyini və
“atlas memm.az” saytının da istifadəyə veriləcəyini qeyd edib.
Tədbirdə çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəaliyyətini
müsbət qiymətləndirib. Mərkəzin
mədəniyyət işçiləri
arasında bu sahədə qəbul edilən qanunların təbliği və icra mexanizminin düzgün qurulması istiqamətində apardığı
treninq və kursların vacibliyini vurğulayıb: “Metodiki tövsiyələrin hazırlanması
ilə qabaqcıl təcrübələri bütün
müəssisələrə çatdırmaq, yenilikləri
geniş şəkildə
tətbiq etmək qarşıda duran əsas istiqamətlərdən
olmalıdır. Son bir ildə mərkəz
çox lazımlı
və məzmunlu tövsiyələr hazırlayıb.
Bizim
rayon təşkilatlarımıza təqdim edilən bu tövsiyələr Bakıda tətbiq edilən təcrübənin
yerlərdə daha da təkmil şəkildə həyata
keçirilməsinə xidmət
edir”.
Nazir bildirib ki, Prezident İlham
Əliyevin 2016-cı il
6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
ixtisaslaşmış turizm
sənayesinin inkişafına
dair Strateji Yol Xəritəsi” ilə bağlı mədəniyyət və
turizm sahəsində çalışan əməkdaşlar
səylərini daha da möhkəmləndirməli,
bu fərmandan irəli gələn məsələlərin həllində
turizm üzrə metodiki tövsiyələrdən
istifadə edilməlidir.
Milli-mədəni dəyərlərin qorunması
və təbliğinin
vacibliyini vurğulayan
Əbülfəs Qarayev
bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri
yüksək qiymətləndirib.
Elmi-Metodik Mərkəzin AMEA-nın müxtəlif institutları
ilə əməkdaşlığını
dəyərləndirən nazir
təcrübənin bölüşdürülməsinin
əhəmiyyətini diqqətə
çatdırıb, mərkəzə
göstərilən köməyə
görə elm adamlarına
təşəkkürünü bildirib.
“Gənc
mədəniyyət işçilərinin
koordinasiya kreativ qrupu”nun işinə uğurlar arzulayan Əbülfəs Qarayev qrupun gələcək fəaliyyətində beynəlxalq
təcrübədən yararlanacağına
əminliyini ifadə edib.
Daha sonra Elmi-Metodik Mərkəzin direktor müavini Adilxan Bayramov nazirliyin “Fəxri mədəniyyət işçisi”
döş nişanı
və Bədii təhsil şöbəsinin
əməkdaşı Zəbulla
Quliyev Fəxri fərmanla təltif olunub.
Tədbirdə, həmçinin Zaqatala, Şabran, Hacıqabul və Xızı rayon mədəniyyət və
turizm şöbələri
rəhbərlərinin hesabatları
dinlənilib.
Azərbaycan.-
2016.- 22 dekabr.- S. 6.