Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə
Möhtərəm İlham Heydər
oğlu!
Sizə ən səmimi və dərin
ehtiramımı çatdırıram. İcazə verin, Sizi
55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik
edim.
Biz Sizi görkəmli dövlət
xadimi, bütün yaradıcı enerjisini doğma Azərbaycanın
tərəqqisinə sərf edən, zəngin həyat təcrübəsinə
malik bir insan kimi tanıyırıq. Siz həyatda bütün
vəziyyətlərdə, həmişə Azərbaycan
dövlətinin mənafeyinə xidmət işinə, öz
vəzifənizə sədaqət nümunəsi olmusunuz.
İcazə verin, Rusiya
Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan
Respublikası arasında çoxşaxəli əməkdaşlığın
möhkəmlənməsinə və inkişafına göstərdiyiniz
hərtərəfli köməyə görə Sizə
ürəkdən təşəkkürümü bildirim. Səmimi
qəlbdən ümid edirəm ki, bizim bölgələr
arasında yaranmış səmərəli,
qarşılıqlı faydalı əlaqələr gələcəkdə
uğurla inkişaf edəcək və möhkəmlənəcək.
Əlamətdar yubileyiniz münasibətilə
Sizə səmimi qəlbdən möhkəm
cansağlığı, firavanlıq, uzun illər boyu tükənməz
enerji, nəzərdə tutulan bütün
planlarınızın reallaşmasını və ali dövləti
fəaliyyətinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Aleksandr
JİLKİN,
Rusiya
Federasiyasının Həştərxan vilayətinin qubernatoru
Azərbaycan.-
2016.- 23 dekabr.- S. 2.