Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Əlamətdar yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında Sizi görkəmli dövlət xadimi kimi tanıyırlar. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, mədəni və ictimai həyatda, dünya arenasında mövqelərinin möhkəmlənməsində sanballı uğurlar qazanıb.
Rusiya və Azərbaycan
xalqlarının dostluğunun möhkəmlənməsinə,
dövlətlərarası münasibətlərin və bu münasibətlərin ayrılmaz tərkib
hissəsi kimi ölkələrimizin
parlamentləri arasında əməkdaşlığın inkişafına
Sizin böyük
şəxsi töhfənizi yüksək qiymətləndiririk.
Əminəm ki, Sizin fəal
köməyiniz sayəsində Rusiya-Azərbaycan parlamentlərarası
əlaqələri bundan sonra da regional və beynəlxalq təhlükəsizliyin
təmin edilməsinin, davamlı inkişafın, vətəndaşların
həyat səviyyəsinin keyfiyyətini yüksəltməyin
ən mühüm amillərindən biri olacaq.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının xoşbəxtliyi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Sizə yüksək ehtiramıma əmin olmağınızı xahiş edirəm.
Hörmətlə,
Valentina Matviyenko
Rusiya Federasiyası
Federal Məclisinin Federasiya
Şurasının sədri
Azərbaycan.-
2016.- 23 dekabr.- S. 2.