Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya

 

Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülhrifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 dekabr 2016-cı il.

 

Azərbaycan.- 2016.- 23 dekabr.- S. 2.