Prezidentin qayğısı uğurların zəminidir
“AAAF Park”
müasir şəhərsalma prosesində milli brendə çevrilib
Azərbaycanın geridə qoyduğumuz 25 illik müstəqillik tarixi möhtəşəm
uğurlarla əlamətdardır. Ümummilli lider
Heydər Əliyevin başlatdığı və
Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasi kurs nəticəsində
bu dövrdə Azərbaycanda yeni dövrün tələblərinə
uyğun iqtisadiyyat formalaşıb. Ölkəmizin inkişafı və təhlükəsizliyi təmin
olunmaqla yanaşı,
dünya birliyindəki
mövqeləri də
davamlı şəkildə
möhkəmlənib.
Təsisçisi olduğum “AAAF-Holdinq”in yaradılması da ölkədə həyata
keçirilən uğurlu
siyasətin, sahibkarlıq
fəaliyyəti üçün
əlverişli mühitin
nəticəsidir. Prezident İlham Əliyevin
ölkəyə rəhbərliyinin
ilk günlərindən başlayaraq
özəl sektorun, xüsusən qeyri-neft sahəsinin inkişafı
istiqamətində başladığı
islahatlar, regionların,
qeyri-neft sektorunun davamlı və tarazlı inkişafında
sahibkarların rolunu xüsusi önə çəkməsi məni
də bu sahədə fəaliyyətə
ruhlandırdı.
Həyata keçirdiyimiz
ən mühüm və uğurlu layihələrdən biri Xırdalan şəhərindəki
“AAAF Park Yaşayış Kompleksi”dir.
Bu layihə 36 hektar ərazidə yaşayış
kompleksindən - 12 min mənzildən
ibarətdir. Kompleksin ərazisinin 12 hektarında park, digər hissəsində isə yaşayış binaları
yerləşir. Artıq burada
bir neçə ildir ki, müxtəlif
idman zalları, lisey, əyləncə yerləri, mağazalar fəaliyyət göstərir.
Həmçinin 3,5,7,9,12
və 17 mərtəbəli
yaşayış binaları,
villalar inşa olunub. Layihənin artıq 90-95 faizi
yekunlaşıb.
Göründüyü kimi, qısaca olaraq
“AAAF Park” adlandırdığımız
bu layihə çoxfunksiyalıdır. Çünki layihə müasir yaşayış binalarının,
ailəvi istirahət və uşaq əyləncə mərkəzlərinin,
idman komplekslərinin birgə harmoniyasından ibarətdir. Ərazidə uşaq bağçasının,
liseyin, tibb mərkəzinin və digər sosial infrastruktur obyektlərinin fəaliyyət göstərməsi
“AAAF Park”ı ən
modern bir yaşayış
kompleksi kimi təqdim etməyə imkan verir. Bu mənada “AAAF Park” müasir standartlara cavab verən, modern, təkrarolunmaz layihədir.
Sağlam həyat tərzi
ilə adi həyatın ideal sintezinin
yaradıldığı bu
məkan kiçik bir şəhərdə olan bütün yaşayış imkanlarını
özündə ehtiva
edir.
Burada salınmış parkda sakinlərin rahat istirahəti üçün
hər cür şərait yaradılıb. Kompleksin əsas
devizi “Sağlamlığa
xidmət” olduğundan
istirahət parkında
siqaret çəkmək
yasaqdır. Kafe və
restoranlarda isə müştərilərə alkoqollu
içkilər satılmır.
Parkda uşaqların əylənmək
imkanları da kifayət qədər genişdir. “Limuland” Uşaq-Əyləncə
Mərkəzində, çoxsaylı
attraksionlarda, buz meydançasında, kinozalında
uşaqlar əsl əyləncənin dadını
çıxara bilərlər.
“Günəş çarxı” Xırdalan şəhərini yüksəklikdən
izləmək, xoş
anlar yaşamaq imkanı verir. Park ərazisində dünyanın tanınmış
geyim firmalarının
məhsullarının satıldığı
mağazalar insanlara uzağa getmədən alış-veriş etməyə
imkan verir. “Sağlam ailə”
tibb mərkəzi, qadın gözəllik salonu, bərbərxana, aptek, Bakıda fəaliyyət göstərən
marketlər şəbəkəsinin
bir mağazası, 24 saat fəaliyyət göstərən avtopark qonaqların və sakinlərin xidmətindədir.
Xırdalandakı digər
layihəmiz isə şəhərin ərazisində
yerləşən “Gənclər
şəhərciyi”dir. 12 hektar
ərazidə salınan
şəhərcik 33 binadan
ibarət olacaq. Ərazidə bütün ictimai-iaşə
obyektləri olan park salınacaq. Bu bizim Abşeronda həyata keçirəcəyimiz
ikinci layihədir.
Layihənin əsas hədəfi
isə gənclərin
mənzil təminatı,
həmçinin onların
məşğulluğu olacaq.
Yaxın
vaxtlarda binaların tikintisi yekunlaşacaq, mənzillərin satışına
başlanılacaq.
“AAAF Park Yaşayış
Kompleksi” Astarada da salınır. Burada inşa
olunan dəniz kənarı bulvara bitişik olan bu kompleksdə bütün növ xidmətlər mövcud olacaq. 20 hektar ərazidə inşa olunan “AAAF Park Astara”da süni şəlalələr,
“Limuland” açıq
və qapalı uşaq əyləncə mərkəzi, açıq
fitnes meydançası,
kafe-çay evi, “Zirvə” Uşaq İdman Akademiyası, uşaq əyləncə attraksionları, “Astara
Towers”, 5 ulduzlu “Tuado”
HOTELI, hovuz və SPA mərkəzi, çimərlik
kompleksi, ağır atletika, boks və taekvondo mərkəzləri, villalar,
4 və 5 mərtəbəli
binalar nəzərdə
tutulur.
Azərbaycan Prezidenti
İlham Əliyev ötən ilin aprelində Astaraya səfəri zamanı
“AAAF Park Astara” layihəsi
ilə də tanış oldu. Dövlət başçısına kompleksdə bütün növ xidmətlərin olması barədə məlumat verildi. Bildirildi ki, bu layihə
bölgələrin daha
da gözəlləşməsinə,
regionların simasına
yeni elementlərin əlavə edilməsinə
dəstək məqsədi
güdür. Ölkə
başçısı layihədən
razılığını qeyd edərək, görülən və görüləcək işlərdən
məmnunluğunu bildirdi
və tövsiyələrini
verdi.
Onu da xatırladım ki, “AAAF-Holdinq” noyabr ayında Bakı Ekspo Mərkəzində Azərbaycan
Beynəlxalq Daşınmaz
Əmlak və İnvestisiya sərgisində
təmsil olunmuşdu. Biz sərgidə bütün
layihələrimizi təqdim
etdik. Sərgi iştirakçıları “AAAF Park” Xırdalan və Astara, həmçinin “Gənclər şəhərciyi”
layihələrimizlə yaxından
tanış olmaq imkanı qazandılar. Bütün layihələrimiz xüsusi maraqla qarşılandı. Noyabrın 23-də Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva da sərgiyə gəlmişdilər.
Bizim üçün olduqca xoş oldu ki,
dövlət başçısı
və xanımı
“AAAF-Holdinq”in stendi ilə də maraqlandılar. Cənab
Prezident layihələrimizi
bəyəndi, xeyir-dualarını
və gələcəkdə
tikinti işlərimizi
daha da genişləndirməklə
bağlı tövsiyələrini
verdi. Prezident İlham
Əliyevin fəaliyyətimizə
verdiyi yüksək qiymət təbii ki, bizi yeni
tikinti layihələrinə
sövq edir. Ona görə çalışacağıq ki,
hər il
yeni tikinti layihəsinə başlayaq.
Bəli, “AAAF Park” layihələri həm Azərbaycanın tikinti sektorunda, həm də ümumən müasir şəhərsalmada
bir brendə çevrilib. Təsadüfi deyil ki, “AAAF Park” “Consulting&Business” jurnalı
tərəfindən hər
il təqdim
olunan “Uğur” milli mükafatına bir neçə dəfə layiq görülüb. Sonuncu dəfə - bu il dekabrın 20-də “AAAF
Holdinq” regionların inkişafına verdiyi dəstəyə görə
“İlin Holdinqi” nominasiyası üzrə
“Uğur” mükafatı
ilə təltif edildi.
“AAAF Park”da hər kəs üçün əlçatan ipoteka şərtləri ilə mənzil sahibi olmaq mümkündür. İndiyədək burada təklif olunan satış şərtləri daim sərfəli olması ilə fərqlənib. Çünki şirkət daha çox bankların tətbiq etdiyi və nəticə etibarilə vətəndaşların maliyyə itkisinə səbəb olan müxtəlif vasitələrdən heç vaxt istifadə etməyib. Yeni illə əlaqədar başladığımız növbəti satış kampaniyası da göstərir ki, “AAAF Park Yaşayış Kompleksi” Azərbaycanın tikinti sektorunda ilkləri gerçəkləşdirməkdə davam edir. Müştəriləri üçün daima ən yaxşı və ən sərfəlisini etməyə çalışan şirkət Yeni il bayramı ilə əlaqədar növbəti, möhtəşəm addımını atır. Belə ki, yeni kampaniyamıza əsasən “AAAF Park Yaşayış Kompleksi”ndə iki və ya üçotaqlı hazır mənzili nağd alan müştəriyə tikilməkdə olan binadan birotaqlı mənzil hədiyyə olunur.
Hələ 2006-cı ildə bu layihəyə başlayarkən əsas məqsədlərimizdən biri ölkəmizdə idmanın inkişafına xidmət etmək olub. “AAAF Park” həm də Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasını peşəkar idmançılarla təmin edən “Zirvə” İdman Klubunun əsas təlim-məşq bazasıdır. Azərbaycan ağır atletikasının şəksiz lideri olan “Zirvə” İK qısa fəaliyyəti dövründə Avropa və dünya çempionatlarının onlarla gənc və yeniyetmə qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olub. “Zirvə”-nin Azərbaycanın bölgələrində böyük kompleksləri var. Lənkəran, Şamaxı, Neftçala, Samux, Abşeron, Goranboy, Qazax, Astara, Masallı, İsmayıllı və başqa bölgələrdəki zallarımızda idmançılara ən yüksək şərait yaradılıb. Xırdalanda “AAAF Park”dakı “Zirvə” Uşaq İdman Akademiyası”nda isə ağır atletika ilə yanaşı, bədii gimnastika, cüdo, üzgüçülük, şahmat idman növləri inkişaf etdirilir.
“Zirvə” həm də beynəlxalq səviyyəli idman klubudur. Belə ki, klubun planetar layihəsi olan - “Zirve İnternational Sport Clubs”-ın Polşa, Bolqarıstan, Rusiya, İran, ABŞ, İsrail, Belarus, Gürcüstan, Türkiyə, Moldova və Ukraynada filialları yaradılıb. İndiyədək klubun filialları arasında iki dünya kuboku və iki dünya çempionatı keçirilib.
“AAAF-Holdinq”in fəaliyyəti Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı elan etdiyi prioritetlərə uyğundur. Belə ki, həyata keçirilən layihələr regional inkişafa, sosial qayğıların yoluna qoyulmasına, idmanın yüksəlişinə, idman infrastrukturunun yenilənməsinə öz töhfəsini verir.
Tofiq HEYDƏROV,
“AAAF Holdinq”in təsisçisi
Azərbaycan.-
2016.- 23 dekabr.- S. 7.