Siz hamı üçün ümid yerisiniz

 

Hörmətli, cənab İlham Əliyev! Bu gün Sizin əlli beş yaşınız tamam olur. Mən isə səksən iki yaşımdayam. Yəni, Sizin 60, 70, 80 ilaxır yaşınızı görmək, təbrik etmək ümidim yoxdur! Ona görə ad günü bəhanəsilə qəlbimdəki fikirlərin bir qismini yazmağı qərara aldım.

İnsan ömrü aylar-illərlə ölçülmür. Əməlləri ilə, yaratdıqları, yaşatdıqları, yaxşılıqları ilə ölçülür. Sizin 60, 70, 80 yaşınızda həyata keçiriləcək strateji layihələrin bünövrəsi bu gün qoyulur. Milli iqtisadiyyat iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin təsdiq edilməsi haqqında imzaladığınız fərman mənim o illəri indidən görməyim üçün kifayət edir.

Bir ağsaqqal suyu buraxmışdı əkinə, oturmuşdu yolun kənarında. Yol keçən bir cavan ona yanaşdı:

- Salam, əmi.

- Əleykumsalam, bala.

- Əmi, Kotanarx kəndini tanıyırsız?

- bala, düz gedirsən. Bu yol ora gedir.

- Əmi, ora neçə saata gedə bilərəm.

- A bala, çıx get! Vaxtımı alma.

Oğlan soruşduğuna peşman oldu, yoluna davam etdi. On-on beş addım getmişdi qoca onu səslədi:

- Ay oğul, a bala.

- Bəli, əmi - oğlan dayanıb ona baxdı.

- İki saata gedib çatarsan.

- Əmi, bəs bayaq onu mənə niyə demədin?

- Bala, bayaq sənin necə yeridiyini görməmişdim, hardan biləydim sən necə yeriyirsən. Dedim get. Getdin, gördüm bu yerişlə iki saata gedərsən.

Cənab Prezident, biz Sizin yerişinizi görmüşük. Tale yüklü layihələri ən çətin vaxtlarda ən ağır maneələri dəf edib, yerinə yetirdiyinizin şahidiyik. İpək yolunu artıq işlək hala gətirdiniz. Neft, qaz kəmərləri ilə ölkəmizi ölkələrə tikirsiniz, bağlayırsınız. Bizi Avropanın, Asiyanın həyati əhəmiyyətli bir parçası etmisiniz. Avropa oyunlarının bünövrəsi Azərbaycanda qoyuldu. Bununla yanaşı, Sizin evsahibi olduğunuz özünü Azərbaycanın ən ucqar yerlərində göstərir. Ucqar kəndlərin qazlaşdırılması, ucqar bu kəndlərdə artezian quyuların vurulması... Yaxın gələcəkdə içməli su neftdən baha olacaq. Ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz daim Sizin qayğınızı hiss edir. Ulu öndərimiz Heydər Əliyevin təsis etdiyi fərdi Prezident təqaüdlərindən əlavə, cənab Prezident, Sizin yaradıcı təşkilatlar üçün ayırdığınız təqaüdlər yaradıcı insanlar üçün dünyanın iqtisadi böhran keçirdiyi bir vaxtda ümid yeridir. Hər il əlli nəfər yaşlı yazıçıya, iyirmi nəfər gənc yazıçıya təqaüd ayrılır. Onu da deyim ki, dünyanın varlı, kasıb, böyük, kiçik heç bir ölkəsində belə bir şey yoxdur! Cənab Prezident, qədir bilməyənlər var. Amma inanın ki, qədir bilənlər daha çoxdur! İnsanların hamısı sağlam düşüncəli olsa idilər, onda xəstəxanalar nəyə gərək idi?!

Ölkəmiz Kirildən latın əlifbasına keçəndə Siz klassiklərin görkəmli müasirlərimizin əsərlərinin yeni əlifbada çap olunması barədə sərəncam verdiniz. Nəhayət, tərcümə mərkəzi yaratdınız. Məni çox sevindirən hal idmana xüsusi diqqət ayırmanızdır. İdman sağlam gənclik yetişdirir. Sağlam bədəndən əlavə, idman sağlam düşüncə tərbiyə edir. Udmaq, zəfər çalmaq, qələbə qazanmaq yolu əslində, uduzmağı ləyaqətlə bacarmaq, səni udan rəqibin əlini səmimi qəlblə ürəkdən sıxıb təbrik etməkdən keçir. Sən bu uduzmağı müəlliminlə görüş kimi, “master klasskimi qəbul et. Ondan öyrən. Öz məğlubiyyətindən öyrən. O zaman mütləq qalib gələcəksən. Belə gənclər sonra yerində vicdanlı rəhbər, vicdanlı yoldaşı olacaqlar.

Xəstələnən ziyalılara, yaradıcı insanlara qayğı göstərirsiniz, müalicə etdirirsiniz. Elə mən özbaşıma belə uzun yaşamamışam. Mən hələ əlli bir yaşım olanda ölümcül xəstələndim. O zaman ulu öndərimiz Heydər Əliyev Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini idi. Dünyanın yarısını əhatə edən böyük bir imperiyanın ağır işinin icrasından mənim kimi adi bir azərbaycanlı balasına vaxt ayırdı. Məni sözün əsl mənasında, ölümün ağzından aldı. 2015-ci ildə səksən yaşım ərəfəsində yenə ölüm mənə bir həmlə elədi. Bu dəfə cənab Prezident, Siz qolumdan tutub məni qaytardınız. O zaman mən Qarabağ dərdindən çıxış yolunu, tunelin sonunda işıq görmürdüm. O dərdlə qəbirdə yata bilməzdim.

Cənab Ali Baş Komandan, bu il aprelin 2-5 arası mən , bütün xalqımız da Sizin yerişinizi gördük. gördük ki, Siz bu yerişlə istədiyiniz vaxt “o kəndəçata bilərsiniz. Bizə tunelin sonunda işığı, düşmənə gücümüzü göstərdiniz. Güclü olmaq yaxşıdır, lakin güc ağılla idarə olunmalıdır. Siz hər ikisini - gücü , ağılı da nümayiş etdirdiniz. Gücə qarşı güc həmişə tapılar. Güc ağılla idarə olunanda qalib çıxır. Siz Azərbaycan gəmisinin sükanında çox usta dənizçi kimi dayanmısınız. Aysberqləri görürsünüz, sualtı qayaların yerini bilirsiniz. Bu qonşular elə qonşu olsalar yaxşıdır. Onlardan bizə düşmən çıxmaz.

Siz hamı üçün ümid yerisiniz, yorulmayasınız...

Sizi, Azərbaycanın hər guşəsində qocalar, ağbirçəklər öz övladı, orta yaşlılar öz qardaşları, uşaqlar ataları kimi qarşılayırlar. Cəbhə sərhədində yerləşən rayonlarda, kəndlərdə isə Sizi qocalar da, ahıllar da, gənclər , uşaqlar da inanc yeri, ümid işığı kimi qarşılayırlar. Mən bunu Sizə niyə deyirəm, özünüz məndən yaxşı görürsünüz, duyursunuz.

Cənab Prezident, bu il Respublika Gününə həsr edilmiş təntənəli görüşdə Siz mənə ilin ədəbiyyat sahəsində respublika Dövlət mükafatının diplomunu təqdim edərkən, yığıncaqda vaxt olmadığı üçün Sizə ürək dolusu təşəkkür edə bilmədim. Bu imkandan istifadə edib seçilmiş əsərlərimin on cildliyini belə yüksək mükafatla qiymətləndirdiyiniz üçün təşəkkürümü bildirir, Sizə ən xoş arzular diləyir, gələn ilin bu gününü Şuşada keçirməyi arzu edirəm.

Mən arxayınam, Siz bu ölkəni okean genişliyinə çıxaracaqsınız.

Qəlbin ipək kimidi,

hirsin tufan kinidi.

Hərdən meh tək zərifsən,

hərdən aşıb-daşarsan.

İnşaallah bu gedişlə,

həm bu qədər işlə

yüz əlli il yaşarsan!

Hələlik əlli beşdi,

o da döyüşdə keçdi,

işdə, görüşdə keçdi,

bir əlli beş gərək!

Ad gününüz mübarək!

 

Fikrət QOCA,

xalq şairi,

Dövlət mükafatı laureatı

 

Azərbaycan.- 2016.- 24 dekabr.- S.10.