Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli cənab Prezident!
TÜRKSOY-un baş katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Zati-alinizin yürütdüyü uzaqgörən və müdrik siyasət nəticəsində Azərbaycan Respublikası regionda və bütün dünyada sabitliyin və tərəqqinin önəmli amilinə çevrilmiş, multikulturalizmin və tolerantlığın mərkəzlərindən biri olmuşdur.
“Şəki-2016” Türk dünyasının mədəniyyət paytaxtı ilinin uğurla başa çatdırılması, TÜRKSOY-un Daimi Şurasının Şəkidə keçirilmiş 34-cü toplantısının qərarı ilə 2017-ci ilin Türk dünyasında “Molla Pənah Vaqif ili” elan edilməsi Azərbaycan ilə TÜRKSOY arasında olan sıx əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsinin bariz nümunələridir.
Bu xoş fürsətdən istifadə edərək TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirdiyinizə və dəstəklədiyinizə görə Sizə dərin təşəkkürlərimi bildirir, bu əlamətdar gündə zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.
Ən dərin hörmət və ehtiramla,
Düsen KASEİNOV,
TÜRKSOY-un baş katibi
Azərbaycan.-
2016.- 24 dekabr.- S. 3.