Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Anadan olmağınızın 55 illiyi
münasibətilə səmimi
təbriklərimi qəbul
edin. Sizi görkəmli dövlət
xadimi, atasının işinin layiqli davamçısı, xalqlarımız
arasında qədim dostluq ənənələrinə
söykənən Rusiya-Azərbaycan
əməkdaşlığının möhkəmlənməsinin ardıcıl
tərəfdarı kimi
tanıyıram. Sizin rəhbərliyiniz
ilə iqtisadi və ictimai-siyasi həyatın bütün
sahələrində aparılan
irimiqyaslı dəyişikliklər
Azərbaycanın dinamik
inkişafını, xalqın
rifahının yüksəlməsini,
ölkənin dövlət
müstəqilliyinin və
onun nüfuzunun beynəlxalq arenada möhkəmlənməsini təmin
edir. Bizim görüşlərimizi məmnuniyyətlə xatırlayıram.
Zati-alinizə Vətənin rifahı naminə fəaliyyətinizdə
daha böyük uğurlar, Sizə və yaxınlarınıza
möhkəm cansağlığı,
müvəffəqiyyət və
nikbinlik arzu edirəm.
Hörmətlə,
Gennadi Züqanov
Rusiya Federasiyası
Federal Məclisinin
Dövlət Dumasında
Kommunist Partiyası fraksiyasının rəhbəri,
Rusiya Federasiyası
Kommunist Partiyasının
Mərkəzi Komitəsinin
sədri
Azərbaycan.- 2016.- 25 dekabr.- S.9.