Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm Prezident, əziz İlham Heydər oğlu.

Sizi – Azərbaycan xalqının hamı tərəfindən qəbul edilmiş liderini, görkəmli dövlət xadimisiyasi xadim Heydər Əlirza oğlu Əliyevin ideyalarının layiqli və ardıcıl davamçısını səmimi qəlbdən təbrik edirəm.

Sizin parlaq zəkanız, siyasi istedadınız, strateji təfəkkürünüz, insanlara qayğınız, ənənələrin qorunub saxlanılmasına, elm, mədəniyyət və incəsənətin inkişafına diqqətli və həssas münasibətiniz suveren Azərbaycanı yeni tarixi səviyyəyə yüksəldib.

Ən xoş arzularımı qəbul edin. Sizə və bütün istedadlı ailənizə möhkəm cansağlığı, uzun ömür, firavanlıq və səadət diləyirəm.

Mənə və yaradıcılığıma şəxsi münasibətinizə, xalqımızın mənəvi mədəniyyətinə misilsiz töhfələrinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

 

Dərin hörmətlə,

 

Tahir Salahov

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti,

Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq Rəssamı

 

Azərbaycan.- 2016.- 25 dekabr.- S. 9.