Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Çox hörmətli cənab Prezident.
İcazə verin, Sizi doğum
gününüz və
Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
münasibətilə Rusiya
Notariuslar Assosiasiyası
adından və şəxsən öz adımdan ürəkdən
təbrik edim. Sizə möhkəm
cansağlığı, şəxsi
səadət və doğma Azərbaycanın
rifahı naminə yeni-yeni nailiyyətlər arzulayıram.
Bu gün dünya birliyinin mürəkkəb siyasi və iqtisadi proseslərlə üzləşdiyi
bir vaxtda Sizin rəhbərlik etdiyiniz Azərbaycan Respublikası ölkənin
iqtisadi və mədəni inkişafı,
müstəqilliyinin və
beynəlxalq nüfuzunun
güclənməsi əsasları
üzərində möhkəm
dayanan sabitlik adasıdır.
Ölkədə aparılan islahatlar tarixi Vətənin hüdudlarından kənarda
yaşayan azərbaycanlıların
ürəyində nikbinlik
və qürur hissləri doğurur. Buna görə də biz Dünya Azərbaycanlılarının
Həmrəylik Gününü
qürur hissi ilə qeyd edirik.
Həmvətənlərimiz bu əlamətdar
gündə Sizin Azərbaycan Respublikasının
tərəqqisinə və
inkişafına yönəlmiş
fəaliyyətinizi hərtərəfli
dəstəklədiklərini böyük ruh yüksəkliyi ilə bəyan edirlər.
Möhtərəm İlham Heydər oğlu, icazə verin, Sizi bir
daha doğum gününüz münasibətilə
təbrik edim və çox şərəfli fəaliyyətinizdə
Sizə yeni-yeni nailiyyətlər diləyim.
Qoy, qarşıdan gələn Yeni 2017-ci il Sizə
və bütün Azərbaycan xalqına sülh, firavanlıq və xoşbəxtlik bəxş etsin.
Dərin hörmətlə,
professor Natiq Ağamirov
Rusiya Notariuslar
Assosiasiyasının sədri
Azərbaycan.- 2016.- 25 dekabr.- S. 9.