Nağdsız hesablaşmalar
haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası ərazisində aparılan nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Nağdsız
hesablaşmaların məqsədi
Bu qanunun məqsədi Azərbaycan
Respublikası ərazisində
mülki dövriyyənin
iştirakçıları arasında aparılan əməliyyatların və
hesablaşmaların şəffaflığını,
istehlakçıların hüquqlarının
müdafiəsini təmin
etmək, nağd pul hesablaşmalarının
nağdsız hesablaşmalarla əvəzlənməsini
stimullaşdırmaq, BANK sisteminin
inkişafını sürətləndirməkdir.
Maddə 2. Nağdsız
hesablaşmalar haqqında
qanunvericilik
Nağdsız hesablaşmalar haqqında qanunvericilik bu qanundan, Azərbaycan Respublikasının Mülki
Məcəlləsindən, Azərbaycan Respublikasının
Vergi Məcəlləsindən
və onlara uyğun qəbul edilmiş normativ hüquqi aktlardan ibarətdir.
2-ci fəsil
Nağdsız hesablaşmaların
tənzimlənməsi
Maddə 3. Nağdsız
qaydada həyata keçirilən hesablaşmalar
3.1. Nağdsız
hesablaşma dedikdə
aşağıdakılar nəzərdə
tutulur:
3.1.1. bir
şəxsin BANK hesabından
digər şəxsin
bank hesabına köçürülməklə
(o cümlədən ödəniş
alətləri (ödəniş
kartları, ödəniş
tapşırığı və s.) və ödəniş vasitələri
(mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən
hesablaşmalar;
3.1.2. ödəniş
terminalları
ilə həyata
keçirilən hesablaşmalar;
3.1.3. birbaşa
nağd qaydada satıcının bank hesabına
köçürülməklə həyata keçirilən
hesablaşmalar.
3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız
bu qanunun 3.1.1-ci maddəsində müəyyən
olunmuş formada həyata keçirilə bilər.
3.3. Bu qanunun
3.5-ci maddəsinin müddəaları
nəzərə alınmaqla,
ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və
vergi tutulan əməliyyatlarının həcmi
ardıcıl 12 aylıq
dövrün istənilən
ayında (aylarında)
iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə
fəaliyyəti ilə
məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim
ayı ərzində ümumi məbləği
otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən
isə təqvim ayı ərzində ümumi məbləği
on beş min manatdan artıq olan hesablaşmalar üzrə
ödənişlər yalnız
nağdsız qaydada həyata keçirilməlidir.
3.4. Bu qanunun
3.3-cü maddəsinin müddəalarından
asılı olmayaraq aşağıdakı hesablaşmalar
yalnız nağdsız
qaydada həyata keçirilir:
3.4.1. vergilərin,
gömrük rüsumları
və yığımlarının,
qanunla müəyyən
edilmiş inzibati cərimələrin, maliyyə
sanksiyalarının və
faizlərin, lizinq əməliyyatları üzrə
borcların ödənilməsi
və kreditlərin verilməsi;
3.4.2. “Sığorta
fəaliyyəti haqqında”
və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının
qanunları ilə müəyyən edilmiş
ödənişlər;
3.4.3. dövlət
orqanlarına, dövlət
mülkiyyətində olan
və paylarının
(səhmlərinin) nəzarət
zərfi dövlətə
məxsus olan hüquqi şəxslərə,
büdcə təşkilatlarına
və publik hüquqi şəxslərə
ödənilən xidmət
haqları və digər yığımlar;
3.4.4. əməliyyatlarının
həcmi ardıcıl
12 aylıq dövrün
istənilən ayında
(aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət
göstərən şəxslər
istisna olmaqla, digər şəxslər
tərəfindən ödənilən
əməkhaqları (o cümlədən
işəgötürən tərəfindən ödənilən,
qanunvericiliklə müəyyən
edilmiş digər ödənişlər), pensiya,
təqaüd, maddi yardım, müavinətlər
(o cümlədən birdəfəlik
müavinətlər), kompensasiyalar
və təzminatlar;
3.4.5. stasionar
telefon xidmətlərinin
və kommunal xərclərin ödənilməsi;
3.4.6. faizsiz
pul vəsaitlərinin
(vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi
halları istisna olmaqla), digər ayırmaların ödənilməsi
və qaytarılması;
3.4.7. dövlət
satınalma müqaviləsi
üzrə əldə
olunan vəsaitin istifadəsi (xərclənməsi);
3.4.8. təhsil
haqlarının ödənilməsi;
3.4.9. turagentlərə
ödəmələr.
3.5. Vergi ödəyiciləri tərəfindən
vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı
mallar nağd qaydada satın alına bilər:
3.5.1. kənd
təsərrüfatı məhsullarının
istehsalçılarından kənd təsərrüfatı
məhsullarının qəbulu;
3.5.2. əlvan
və qara metal qırıntılarının qəbulu;
3.5.3. utilizasiya
və digər məqsədlər üçün
kağız, şüşə
və plastik məmulatların qəbulu;
3.5.4. utilizasiya
məqsədləri üçün
işlənmiş şinlərin
qəbulu.
Maddə 4. Qanunun
pozulmasına görə
məsuliyyət
4.1. Bu qanunun tələblərinə riayət
edilməsinə nəzarət
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
4.2. Bu qanunun tələblərinin pozulması
qanunla müəyyən
edilmiş məsuliyyətə
səbəb olur.
Maddə 5. Qanunun
qüvvəyə minməsi
Bu qanunun
3.3-cü maddəsi ƏDV məqsədləri
üçün qeydiyyata
alınmış və
vergi tutulan əməliyyatlarının həcmi
ardıcıl 12 aylıq
dövrün istənilən
ayında (aylarında)
iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə
münasibətdə 2017-ci il yanvarın
1-dən, digər vergi
ödəyicilərinə münasibətdə
isə 2017-ci il aprelin 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 dekabr 2016-cı il
Azərbaycan.-
2016.- 25 dekabr.- S. 7.