“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununu “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 472; 2001, ¹ 3, maddə 148; 2002, ¹ 5, maddə 238; 2003, ¹ 4, maddə 178; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə 201; 2008, ¹ 2, maddə 47; 2009, ¹ 10, maddə 769; 2013, ¹ 3, maddə 209; 2014, ¹ 4, maddə 338, ¹ 10, maddə 1152) aşağıdakı dəyişikliklər edilsin:

1. 27-ci maddə üzrə:

1.1. 1-ci hissəyə “verilməsinin,” sözündən sonra “yaşıllıqları mühafizə tədbirlərinin,” sözləri əlavə edilsin;

1.2. 3-cü hissəyə “vəsaitlər,” sözündən sonra “yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə ödənilən bərpa dəyəri,” sözləri əlavə edilsin.

2. 28-ci maddəyə aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavə edilsin:

“1.7-1. yaşıllıqları mühafizə tədbirlərinin maliyyələşdirilməsinə;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 noyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 25 dekabr.- S. 7.