İsrailin nüfuzlu
“Jerusalem Post” qəzetində “Trampın Azərbaycan anı” sərlövhəli
məqalə dərc olunub
İsrailin nüfuzlu
“Jerusalem Post” qəzetində ABŞ-ın “Caspian Group Holdings” şirkətinin
baş direktoru Rob Sobhaninin “Trampın Azərbaycan anı” sərlövhəli məqaləsi
dərc olunub.
AZƏRTAC xəbər
verir ki, müəllif məqalədə
ABŞ-Azərbaycan münasibətlərinə
nəzər salaraq yazır: “ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp üçün
ən etibarlı liderlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevdir. Azərbaycan ABŞ
üçün mühüm
ölkədir”.
Ölkəmizin nadir mədəni, iqtisadi, geosiyasi xüsusiyyətləri
barədə məlumat
verən müəllif
bildirir ki, Tramp və onun komandası
Azərbaycan və onun lideri ilə
hərtərəfli əməkdaşlığa
başlamalıdır. Rob Sobhani:
“Azərbaycan dünyanın
ən qədim yəhudi icmasının yığcam yaşadığı
ölkədir. Bu ölkədə xristianlar,
yəhudilər, bəhailər
və müsəlmanlar
sülh və əmin-amanlıq içərisində
yaşayırlar. Azərbaycan və
İsrail arasında münasibətlər bir çox sahələri, eləcə də hərbi və diplomatik əməkdaşlığı
əhatə edir.
Bu, həqiqətən də müsəlman dünyasında nadir nümunədir.
Azərbaycan dini azadlıq
modeli ilə müsəlman dünyasının
vacib ölkələrindən
biridir”.
Azərbaycanın karbohidrogen
ehtiyatlarına diqqət
çəkən müəllif
Xəzər regionundan
neft və qazın beynəlxalq bazarlara nəql olunduğunu vurğulayaraq
qeyd edir: “Yeni administrasiya Trampın bir çox dünya liderləri ilə görüşəcəyini, lakin
onlardan heç birinin Prezident İlham Əliyev kimi Vaşinqtonun etibarlı tərəfdaşı
olmayacağını nəzərə
almalıdır. Prezident
İlham Əliyevin atası, ölkənin keçmiş Prezidenti Heydər Əliyev 11 sentyabr terror aktından sonra ABŞ-ın Azərbaycandakı səfirini
öz iş otağına çağıraraq
tam dəstək və
əməkdaşlığa hazır olduğunu ifadə edib. O zamandan bəri Prezident İlham Əliyev terrora qarşı mübarizədə
ABŞ-ın sarsılmaz
tərəfdarına çevrilib”.
Məqalədə Rob Sobhani
yazır: “Azərbaycan
ilə ABŞ-ın özəl-ictimai tərəfdaşlıq
modelinə əsaslanan
infrastruktur investisiyaları
digər fondlar üçün vasitə
ola bilər.
Bakı və Vaşinqton geosiyasi məqsədləri
və dəyərləri
paylaşır. Tramp digər
müsəlman ölkələrinə
inkişafın Azərbaycanın
modelini nümunə göstərə bilər.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
sülh yolu ilə həll olunmasına sadiqdir. Yeni Prezident Donald Tramp bu münaqişənin həllində
mühüm rol oynaya bilər”.
Azərbaycan.- 2016.- 25 dekabr.- S. 10.