Azərbaycan
Respublikasında 2017-ci il üçün ehtiyac
meyarının həddi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət sosial
yardımının təyin edilməsi məqsədilə
2017-ci il üçün ehtiyac meyarının həddi 116
manat məbləğində təsdiq edilsin.
Maddə 2. Qanunun qüvvəyə
minməsi
Bu qanun 2017-ci il yanvarın 1-dən
qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 dekabr 2016-cı il
Azərbaycan.-
2016.- 27 dekabr.- S. 4.