Rusiya Federasiyasının
Prezidenti Zati-aliləri
cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç,
“Tu-154” təyyarəsinin
qəzaya uğraması
nəticəsində çoxsaylı
insan tələfatı
barədə xəbər
məni sarsıtdı.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına
və yaxınlarına,
bütün Rusiya xalqına dərin hüznlə başsağlığı
verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 dekabr 2016-cı il.
Azərbaycan.-
2016.- 27 dekabr.- S. 4.