Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz
münasibətilə təbriklərimi qəbul edin.
Sizə Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyətinizi davam etdirməyi ürəkdən arzu edirəm. Biz Rusiya Federasiyasının Volqoqrad vilayəti ilə Azərbaycan Respublikasının rayonlarının sakinləri arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı Sizin təşəbbüslərinizi yüksək qiymətləndiririk. Qarşılıqlı münasibətlərimizin çoxillik tarixi və böyük perspektivləri var.
Sizə möhkəm cansağlığı, sülh və firavanlıq arzu edirəm.
Dərin hörmət və ən xoş arzularla,
Andrey Boçarov
Rusiya Federasiyasının
Volqoqrad vilayətinin
Qubernatoru
Azərbaycan.-
2016.- 27 dekabr.- S. 4.