“Heydər Əliyev” ordenli Zeynəb
Xanlarova
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə görkəmli müğənni, Xalq Artisti Zeynəb Xanlarovanı “Heydər Əliyev” ordeni ilə təltif edib.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
- Əziz
və hörmətli Zeynəb xanım.
Mən sizi, ilk növbədə,
qarşıdan gələn
yubileyiniz münasibətilə
ürəkdən təbrik
edirəm, sizə cansağlığı, yeni
uğurlar arzulayıram. Siz uzun illərdir ki, xalqımızı öz gözəl sənətinizlə
sevindirirsiniz. Xalqımızın musiqi tarixində sizin çox böyük yeriniz vardır. Siz dünya şöhrətli
müğənnisiniz və
Azərbaycanı, bizim
xalqımızı, dövlətimizi
dünyada təbliğ
edirsiniz, uzun illər ərzində, həm sovet dövründə, həm
müstəqillik dövründə.
Azərbaycan xalqı sizi
çox sevir. Siz bunu yaxşı bilirsiniz.
Ulu öndər Heydər Əliyev həmişə
sizə çox böyük diqqət, qayğı göstərmişdir,
həm 1970-1980-ci illərin
əvvəllərində, həm
də müstəqillik
dövründə. Ulu Öndər
sizi çox qiymətləndirirdi, çox
sevirdi. Xatırlayıram ki, atam təqaüddə olan zaman siz Moskvaya
gəlib ona baş çəkdiniz.
Mən də o görüşdə
iştirak edirdim.
O vaxt da siz öz iradənizi,
öz mərdliyinizi göstərmisiniz. Çünki o vaxt Heydər Əliyevə qarşı
əsassız ittihamlar
irəli sürülübdür.
Ovaxtkı sovet və Azərbaycan rəhbərliyi
ona qarşı kampaniya aparırdı.
Onun, necə deyərlər, qanadı altında böyümüş insanların
bir çoxu ona nəinki baş çəkmirdi, hətta zəng etməyə də qorxurdu.
Yəni, mən o günləri çox yaxşı xatırlayıram və heç vaxt unutmuram. Siz isə Moskvada,
onun evinə gəldiniz. Mən də o görüşdə
idim. Ona mənəvi dəstək
verdiniz. Sizin çox
gözəl, səmimi
söhbətiniz olubdur.
Mən o
günü heç vaxt unutmuram və unutmayacağam.
Siz xalqımızın mərd
qızısınız. Həmişə prinsipial olmusunuz, həmişə həqiqəti
demisiniz və heç bir şeydən qorxmadan həmişə öz mövqeyinizdə olmusunuz.
Bu gün Azərbaycan
parlamentinin üzvü
kimi də Sizə çox böyük hörmət
var. Çünki Siz xalqımızı narahat edən məsələləri
daim diqqətdə saxlayırsınız, öz
prinsipial mövqeyinizi
göstərirsiniz. Buna
görə də mən sizə minnətdarlığımı bildirmək istəyirəm.
Sizə cansağlığı, yeni
uğurlar arzu etmək istəyirəm.
Xalq, dövlət qarşısında göstərdiyiniz
böyük xidmətlərə
görə mənim Sərəncamımla siz Ulu Öndərin adını daşıyan,
dövlətimizin ən
ali mükafatı
– “Heydər Əliyev”
ordeni ilə təltif olunursunuz. İcazə verin, bu yüksək
mükafatı, bu ordeni sizə təqdim edim.
X X
X
Dövlətimizin başçısı “Heydər
Əliyev” ordenini Zeynəb Xanlarovaya təqdim etdi.
Xalq Artisti Zeynəb XANLAROVA dedi:
- Ay Allah, kaş Ulu Öndərimiz sağ olaydı və görəydi ki, Siz bu ordeni mənə vermisiniz.
X X X
Azərbaycanın ən yüksək dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunmasını ona göstərilən böyük diqqətin və qayğının ifadəsi kimi dəyərləndirən və buna görə minnətdarlığını bildirən Xalq Artisti Zeynəb Xanlarova xalqımızın ümummilli lideri Heydər Əliyevin işıqlı xatirəsini dərin ehtiramla yada saldı. Ulu öndər Heydər Əliyevin elm, mədəniyyət və incəsənət xadimlərinə həmişə yüksək qayğı göstərdiyini vurğulayan Xalq Artisti bu ənənələrin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini minnətdarlıq hissi ilə qeyd edərək dedi:
- İnanın, mən bütün dünyanı gəzmişəm. Yəni, mən dünyanın harasına getmişəmsə mükafatlar almışam. Ancaq inanın, aldıqlarım mükafatların içərisində həyatım boyu ən çox sevdiyim bu ordendir. Mən həmişə deyirəm, bu cavanlığında adam Azərbaycanı elə bil təzədən qurub-yaradıb.
Mən ömrüm boyu Sizə minnətdaram. Həmişə demişəm, Siz əsl kişinin oğlusunuz. Siz Heydər müəllimin yadigarısınız. Sizə Allah bundan sonra yüz il ömür versin və Siz Azərbaycanı yaşadasınız.
Siz hər bir azərbaycanlının
Prezidentisiniz. Sizinlə gənclər də,
ahıllar da fəxr edirlər. Allah Sizi qorusun.
Prezident İlham
Əliyev: Çox sağ olun,
Zeynəb xanım.
X X
X
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2016.- 27 dekabr.- S. 1.