Paytaxtın yol infrastrukturu təkmilləşir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Binə qəsəbəsinin
Əli İsazadə küçəsində yenidənqurmadan
sonra görülən
işlərlə tanış olublar.
AZƏRTAC xəbər
verir ki, paytaxtın Xəzər rayonunun Binə qəsəbəsinin daxili
avtomobil yollarında yenidənqurma işlərinin
davam etdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında dövlətimizin
başçısının imzaladığı Sərəncama
uyğun olaraq “Azəravtoyol” Açıq
Səhmdar Cəmiyyəti
tərəfindən aparılan
işlər yüksək
keyfiyyətlə yerinə
yetirilib. Əhali arasında “Südçülük
sovxozu”na gedən yol kimi tanınan bu küçə uzun müddət təmir olunmadığı
üçün onun hərəkət hissəsi
yararsız vəziyyətə
düşmüşdü. Uzunluğu 4,5 kilometr olan küçənin
həm də ensiz olması nəqliyyat vasitələrinin,
xüsusən də payız-qış mövsümündə
hərəkəti üçün
xeyli çətinliklər
yaradırdı. Artıq bu
problem tam aradan qaldırılıb.
Dövlətimizin başçısı Əli
İsazadə küçəsinin
rəmzi açılışını
bildirən lenti kəsdi.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri
Saleh Məmmədov dövlətimizin başçısına
məlumat verdi
ki, Əli İsazadə küçəsinin
yenidən qurulması
layihəsi çərçivəsində
yol yatağının
eni 20-22 metrə qədər genişləndirilib.
Piyadaların rahat və təhlükəsiz hərəkəti
üçün yol boyunca səkilər tikilib. Sutkanın qaranlıq saatlarında
hərəkətin normal təşkili
üçün yolboyu
müasir işıqlandırma
sistemi qurulub. Bundan başqa, layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması
üçün zəruri
olan bəzi yerlərdə yeni yağış-kanalizasiya sistemi
yaradılıb. Yenidənqurma çərçivəsində kommunikasiya xətləri kənara köçürülüb,
zəruri yerlərdə
yol yatağının
yararsız qruntu qazılaraq çıxarılıb,
bunun əvəzinə
karbonat materialı tökülərək kipləşdirilib
və yeni asfalt-beton örtüyünün
döşənməsi işləri
aparılıb. Küçə boyunca zəruri yerlərdə 17 yol nişanı quraşdırılıb,
yol-cizgi və göstərici xətlər
çəkilib.
Yenidən qurulan bu küçə
Heydər Əliyev prospekti-Hava Limanı-Mərdəkan
avtomagistralındakı mövcud yol qovşağından istifadə etməklə
Binə, Mərdəkan, Bilgəh, Qala,
Pirallahı qəsəbələrinə və şəhərin
mərkəzinə doğru əhalinin rahat gediş və gəlişini
təmin etməyə imkan yaradacaq.
Azərbaycan.-
2016.- 27 dekabr.- S. 3.