Ağaxan Minaxan oğlu Abdullayev

 

Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ağaxan Minaxan oğlu Abdullayev 2016-cı il dekabrın 25-də ömrünün 67-ci ilində vəfat etmişdir.

Ağaxan Abdullayev 1950-ci il fevral ayının 6-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968–1973-cü illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinin xanəndəlik şöbəsində təhsil almışdır. Erkən yaşlarından musiqiyə böyük maraq göstərən Ağaxan Abdullayev bu illər ərzində muğamın incəliklərinə yiyələnməyə başlamışdır. Həmin dövrdə onun belə zəngin mədəni-mənəvi irsimizi mənimsəməsində sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu mühüm təsiri olmuşdur.

Əmək fəaliyyətinə 1969-cu ildən etibarən Bakı şəhərində Əbilov klubunda başlayan Ağaxan Abdullayev 1977-ci ilədək burada ansambl rəhbəri vəzifəsində çalışmışdır. O, 1977-ci ildən taleyini Asəf Zeynallı adına musiqi məktəbi ilə bağlamış muğam müəllimi olaraq ömrünün sonuna qədər Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən bu tədris ocağında işləmişdir.

Güclü, məlahətli geniş diapazonlu səsə malik sənətkar Ağaxan Abdullayev sələflərinin yaradıcılıq ənənələrini layiqincə yaşatmış özünəməxsus ifa tərzi ilə seçilərək Azərbaycan xalqının çoxəsrlik musiqi mədəniyyəti xəzinəsinə töhfələr vermişdir. Milli xanəndəlik məktəbinin nailiyyətlərinə sədaqətlə muğamın klassik ifa üslubunun bütövlükdə Azərbaycan milli musiqi sənətinin saflığının qorunub saxlanması onun 40 ildən artıq müddət ərzindəki fəaliyyətinin qayəsini təşkil edirdi. Dinləyicinin mənəvi dünyasına nüfuz etmək bacarığına qadir olan Ağaxan Abdullayev milli televiziya radionun qızıl fondunda qorunan bənzərsiz ifaların müəllifidir. Klassik muğamlarımızla yanaşı, bir çox təsniflər xalq mahnıları məhz onun ahəngdar ifasında Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına həmişəlik daxil olmuşdur. Xanəndə özünün yüksək səhnə mədəniyyəti sayəsində muğam bilicilərinin ehtiramını musiqisevərlərin məhəbbətini qazanmışdır.

Respublikanın müxtəlif ansambllarının eləcə milli üçlüklərin müşayiəti ilə çıxış edən sənətkar Azərbaycan muğamını ənənə novatorluğun vəhdətində üzvi şəkildə birləşdirərək müasir dövrdə onun pərəstişkarlarının sayının qat-qat artmasına nail olmuşdur. Xarici ölkələrdə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərinin beynəlxalq musiqi festivallarının iştirakçısı kimi Ağaxan Abdullayev milli mədəniyyətimizi layiqincə təmsil etmiş ölkəmizin hüdudlarından uzaqlarda məşhur konsert salonlarındakı çıxışları ilə musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarmışdır. Onun səmərəli sənət fəaliyyəti gənc istedadlı ifaçıların yeni nəslinin formalaşdırılması üçün bir məktəbdir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş ustad xanəndənin yetirmələri müxtəlif beynəlxalq festivalların müsabiqələrin qalibi adını qazanmışlar. Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı proqramlarda iştirakı onun muğam ifaçılığı ənənələrinin qorunması istiqamətindəki fəaliyyətinin ayrılmaz parçası idi.

Ağaxan Abdullayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarındanŞöhrətordeni ilə təltif edilmişdir.

Görkəmli xanəndə, mahir pedaqoq, səmimi təvazökar insan Ağaxan Minaxan oğlu Abdullayevin əziz xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Mehriban Əliyeva

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Zeynəb Xanlarova

Siyavuş Kərimi

Əlibaba Məmmədov

Arif Babayev

Canəli Əkbərov

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov

Murad Hüseynov

 

Azərbaycan.- 2016.- 27 dekabr.- S. 6.