“Elektron ticarət
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
2016-cı il 16 dekabr tarixli 460-VQD nömrəli Qanununun tətbiqi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini
rəhbər tutaraq, “Elektron ticarət haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16
dekabr tarixli 460-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının “Elektron ticarət haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3.mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli gələn
digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların “Elektron ticarət haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki,
“Elektron ticarət haqqında” Azərbaycan Respublikası
Qanununun 5.7-ci maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi həyata keçirir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
23 dekabr 2016-cı il
Azərbaycan
2016.- 28 dekabr.- S.6.