İlham Əliyev
“Made in Azerbaijan”ı dünya
brendinə çevirir
Modern sənayeləşmə yeni
mərhələyə qədəm
qoyub
Azərbaycanda qlobal trendlərə uğurla uyğunlaşdırılan
çevik iqtisadi siyasətin prioritet sahələrindən biri də sənaye sektorudur. “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasının
əsas istiqamətlərindən
olan sənayenin davamlı inkişafının
təmin edilməsi məqsədilə dövlət
tərəfindən çoxsaylı
layihələr hazırlanır,
ən müasir infrastruktur, texnoparklar yaradılır və islahatlar aparılır.
Prezident İlham Əliyevin 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş ağır sənaye və maşınqayırmanın
inkişafına dair Strateji Yol Xəritəsində
ölkə sənayesinin
inkişafının pioritet
istiqamətləri öz
əksini tapıb. Dövlət
başçısının 2014-cü il 26 dekabr
tarixli sərəncamı
ilə təsdiqlənmiş
“Azərbaycan Respublikasında
sənayenin inkişafına
dair 2015-2020-ci illər
üçün Dövlət
Proqramı”na uyğun
olaraq ölkəmizdə
sənaye parkları fəaliyyətə başlayıb.
Onlardan biri də Sumqayıt
Kimya Sənaye Parkıdır. Prezident
İlham Əliyevin 21
dekabr 2011-ci il
tarixli, 548 nömrəli
fərmanının 1-ci hissəsinə
əsasən, Sumqayıt
şəhərində yaradılan
Kimya Sənaye Parkının ərazisində
fəaliyyət göstərən
zavodlarda dünya standartlarına cavab verən müxtəlif çeşidli məhsullar
istehsal edilir. Parkın ilk rezidentlərindən olan “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin
bəzi məhsulları
isə MDB və Yaxın Şərq regionunda yalnız Azərbaycanda istehsal olunur. Bu səbəbdən
də qərara gəldik ki, “Azertexnolayn” MMC-nin istehsal fəaliyyəti, məhsulların hazırlanma
prosesi ilə yaxından tanış
olaq.
Müasir texnologiyalara
əsaslanan eksport potensialına malik məhsullar istehsal olunur
“Azertexnolayn” MMC-nin direktoru Vüsal
Ruzmanov qeyd etdi ki, 2013-cü ilin sentyabr ayında
şəhadətnamə alaraq
Kimya Sənaye Parkının rezidenti kimi fəaliyyətə başlayan “Azertexnolayn” ölkəmizdə sənaye
infrastrukturunun inkişafı,
onun mövcud potensialının daha da möhkəmlənməsi
və müasirləşdirilməsi
istiqamətində professional səylərini göstərməkdədir.
Müəssisə bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz
üçün mühüm
əhəmiyyət kəsb
edən və eksport potensialına malik məhsulların istehsalı ilə məşğuldur. Müəssisə
ildə 150 min ton müxtəlif
diametrli polad borular, 5 min ton müxtəlif
diametrli və yüksək təzyiqə
davamlı hidrotexniki avadanlıqlar, 500 min m2 metal tel
tor, 12 min ton xüsusi təyinatlı
müxtəlif diametrli
polietilen borular və injeksiya məhsulları istehsal edir. Həmin müəssisələrdə əksəriyyəti (75 faiz)
Sumqayıt şəhərinin
sakinləri olmaqla 755 nəfər işləyir.
Qeyd edək ki, “Azertexnolayn” MMC-nin hazırda 3 zavodu - Polad Boru Zavodu, Polietilen
Məmulatları Zavodu
və Texniki Avadanlıqlar Zavodu fəaliyyət göstərir.
“Azertexnolayn” MMC həm
yerli müəssisələrin,
həm də xarici şirkətlərin
müvafiq məhsula olan tələbatını
ödəməklə önəmli
addımlar atmaqdadır:
“Şirkətimiz Türkmənistan
Respublikasında infrastrukturun
icra layihələri ilə, həm də Gürcüstan Respublikasına ixrac etdiyimiz məhsullarla ölkə büdcəsinə
əhəmiyyətli gəlirlər
gətirir. “Türkmənbaşı” limanının tikintisi
üçün Türkmənistana
svay borularının satışı ilə bağlı qarşı tərəf ilə imzalanmış müqaviləyə
əsasən, ümumilikdə
2016-cı ilin sonuna qədər 60.000 ton svay boruların satışı
həyata keçirilib.
Bu il ərzində
istehsal edilmiş və ümumi dəyəri 55 mln manat olan məhsulumuzun
95 faizi ixrac edilib. Ötən ilin noyabr ayının əvvəllərindən
isə Türkmənistanda
su borularının dəyişdirilməsi və
yenilərinin çəkilməsi
ilə əlaqədar
yeni bir şirkət tərəfindən
su borularının alışı ilə bağlı danışıqlara
başlanıb. Nəhayət, ümumi dəyəri 20 mln. dollar olan müqavilə imzalanmışdır. Müqaviləyə
əsasən, bir il ərzində
25.000 ton su borusunun ixrac edilməsi nəzərdə tutulur.
Bu layihələrdən əlavə,
Gürcüstan Respublikası
ilə bağlanmış
müqaviləyə əsasən,
keçən ilin sentyabr ayından bu ilin fevral
ayına qədər ümumilikdə 185 ton çılpaq
paya təyinatlı borular Gürcüstana ixrac edilib”.
Şirkət istehsal etdiyi məhsulların dünya standartlarına uyğunluğuna
və yüksək keyfiyyət səviyyəsinə,
həmçinin gigiyenik
və təhlükəsizlik
göstəricilərinə görə API (American Petroleum İnstitute),
ISO 9001, OHSAS 18001, ISO 14001, ISO 29001, GOST, AZS sertifikatlarını
əldə edib.
Yüksək keyfiyyətli
xammal seçimi və metaltökmə sahəsində müasir standartlar diqqət çəkir
Zavodların istehsal prosesi ilə tanış olduq. 2013-cü ilin
oktyabrın 3-də Prezident
İlham Əliyevin iştirakı ilə açılan Polad Boru Zavodunda beynəlxalq standartlara cavab verən 3 qat izolyasiyalı spiral tikişli polad borular istehsal olunur.
Zavodda polad boru istehsalı
üzrə üç
xətt qurulub ki, onun da
hər üç xətt üzrə illik istehsal gücü 180-200 min tondur. İstehsal
olunan boruların diametri 400-2400 mm, boru ət qalınlığı
6-25 mm, uzunluğu isə
6-16 metr arasındadır.
Burada istehsal edilən boruların sahədə qaynaq xidmətləri də eyni zamanda
şirkət tərəfindən
göstərilir.
Onu da qeyd edək
ki, müəssisənin
strateji bölməsi laboratoriya hesab olunur. Burada ən müasir,
eləcə də müvafiq keyfiyyət standartlarına cavab verən test cihazları mövcuddur. Xammal zavoda
daxil olduğu andan, hazır məhsul mərhələsinə
gələnə qədər
yüksək təhsilli,
geniş məlumat bazasına sahib təcrübəli
mütəxəssislər tərəfindən
ASTM, ISO və QOST standartların
tələblərinə uyğun
olaraq kimyəvi tərkibin analizi, eləcə də dartma, bükmə, zərbə əyməsi,
ağırlıq və
bərklik sınaqlarından
keçirilir.
“Azertexnolayn” MMC-nin yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların
istehsalı ilə məşğul olan Texniki Avadanlıqlar Zavodu 2015-ci il
25 oktyabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə
başlayıb. Burada polad
və çuqun əritmə üsulu ilə hidrotexniki məhsulların hissələri
hazırlanır. Zavodun əritmə
gücü 10 ton, illik
istehsal gücü
5000 ton təşkil edir.
İstehsal olunan məhsulların çeşidlərinə
su siyirtməsi (DN 100
< 1400), dairəvi siyirtmə
(DN 200<1400), yanğın hidrantları, lyuk qapaqları, siyirtmə qovşağı, flans yığımı
(DN100-600, PN10-16) və s. məhsullar
daxildir.
Şirkətin digər zavodu isə Polietilen Məmulatları Zavodudur. Adıçəkilən zavodda qofralı boru, plastik injeksiya
məhsulları zavodun
əsas fəaliyyət
sahələrinə daxildir.
Qofralı polietilen boruların
hazırlanması üçün
yüksək keyfiyyətli
xammal seçilir.
Borular 3 qatdan - 100 faiz yüksək sıxlıqlı polietilen
(HDPE) tərkibli daxili
qat, polad və yapışdırıcı
polietilendən ibarət
ara qat, xarici görünüşü
hamar göstərən
100 faiz yüksək sıxlıqlı polietilen
(HDPE) tərkibli qatdan
ibarətdir. Yüksək keyfiyyətli qofralı
borular xarici qatındakı büzməli
məsamələr sayəsində
ağır tonlu yük avtomobillərinə
qarşı olduqca dözümlüdür.
Müəssisədə sadalanan istehsal sahələrindən
əlavə Plastik İnjeksiya
Sexi və Metal tel-tor sexi də fəaliyyət
göstərir. Plastik İnjeksiya
Sexində alman istehsalı olan
ən müasir injeksiya
avadanlıqları fəaliyyət göstərir. Bu avadanlıqlarda müxtəlif növ plastiklərdən qəliblərə uyğun çeşidli məhsullar
istehsal edilir. Sexdə
PE boruları üçün fittinqlər,
ABS plastikdən sayğac qutuları və
sifarişə uyğun hər
çeşiddə plastik qablar
istehsal olunur. Sexin illik istehsal həcmi 3 min tondur.
Metal tel-tor sexində isə eni və hündürlüyü
2,5 metrə qədər olan tel hasarlar istehsal
edilir. Hasarların hazırlanmasında sinklənmiş tellər istifadə olunduğundan məhsulun korroziyaya davamlılığı olduqca
yüksəkdir. Sifarişə əsasən istehsal olunan hasara qəlib
vasitəsilə bükülmələr
verilir. Sexdə xüsusi olaraq
hasarlara uyğun dirək və dayaqlar da hazırlanır.
Tel hasarlar bir-birinə
dirək və klipslər vasitəsilə
bərkidilir. İstehsal olunan
hasarların bütün
montaj hissələri zavod tərəfindən təmin edilir. Sifarişə uyğun olaraq
hasarların üstünə
meyillilik vermək və tikanlı məftil əlavə etmək mümkündür.
Onu da vurğulayaq ki, Kimya Sənaye Parkının rezidentləri
7 il müddətinə
mənfəət, əmlak
və torpaq vergilərindən, həmçinin
idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə
ƏDV-dən və gömrük rüsumundan azaddırlar. Bu, respublikada
sənayeləşmənin tempinin daha da
yüksəlməsinə şərait
yaradıb. İqtisadi siyasətin
əsas prioritetlərindən
olan sənayeləşmə
yeni inkişaf mərhələsinə qədəm
qoyub.
Rəşad BAXŞƏLİYEV,
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2016.- 28 dekabr.- S. 1, 10.