Görkəmli alim Maqsud
Əliyev son mənzilə yola
salınıb
Dekabrın 26-da respublikamızın tanınmış alimi, Əməkdar Elm Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi akademik-katibinin müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Maqsud Əliyev son mənzilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi AMEA-nın binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu.
Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.
Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi.
Akademik Maqsud Əliyevin həmkarları, dostları,
tanışları, tanınmış
elm və mədəniyyət
xadimləri axın-axın
akademiyanın binasına
gəlir, görkəmli
alimə və gözəl insana son borclarını verirdilər.
Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirib.
Akademik A.Əlizadə ölkəmizdə
fizika sahəsində mühüm xidmətləri
olan görkəmli alim, akademik Maqsud Əliyevin səmərəli elmi fəaliyyətindən, Azərbaycan
fizika elminin inkişafına verdiyi töhfələrdən söz
açıb. Bildirilib ki, Böyük
Vətən müharibəsi
iştirakçısı Maqsud
Əliyev 1950-ci illərdən
fizika elmi üzrə ciddi tədqiqatlara başlayıb,
bu sahədə uğurlu nəticələrə
nail olub. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü,
1980-ci ildə həqiqi
üzvü seçilib.
Yarımkeçiricilər fizikasında
öz məktəbini
yaradan Maqsud Əliyev qazandığı
nailiyyətlərə görə
Əməkdar Elm Xadimi
fəxri adına,
Yusif Məmmədəliyev
adına mükafata, həmçinin “Şöhrət”
ordeninə layiq görülüb.
Diqqətə çatdırılıb ki,
Maqsud Əliyev 400-dən
çox elmi əsərin, 30 şəhadətnamə
və patentin müəllifi, bir çox elmi şura və komissiyaların üzvü
kimi ölkəmizdə
intellektual və etik mədəniyyətin inkişafına dəyərli
töhfələr verib. Tanınmış alim və pedaqoq,
bacarıqlı elm təşkilatçısı
və səmimi insan Maqsud Əliyevin
zəngin elmi irsi daim yaşayacaq,
xalqımıza, elmimizə
xidmət edəcək,
nəsillərdən-nəsillərə ötürüləcək.
Vida mərasimində
AMEA-nın Fizika-Riyaziyyat
və Texnika Elmləri Bölməsinin
akademik-katibi vəzifəsini
icra edən, akademiyanın müxbir üzvü Nazim Məmmədov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, akademik
Bahadur Tağıyev,
AMEA-nın müxbir üzvü Yusif Məmmədov alimlə bağlı xatirələrini
bölüşüb, onun
zəngin elmi fəaliyyətindən, yüksək
mənəvi keyfiyyətlərindən
danışıblar.
Mərhumun ailəsi adından çıxış edən
Xanlar Həsənov alimin xatirəsinə göstərilən hörmət
və ehtirama görə Prezident İlham Əliyevə dərin minnətdarlığını
bildirib.
Sonra görkəmli alimin cənazəsi son mənzilə
yola salınıb.
Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət
eləsin!
Azərbaycan.-
2016.- 28 dekabr.- S.10.