Multikulturalizm və insan hüquqları Azərbaycan üçün
prioritet istiqamətlərdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dekabrın 28-də Rusiya Federasiyasının insan hüquqları üzrə
müvəkkili xanım
Tatyana Moskalkovanı qəbul
edib.
AZƏRTAC xəbər
verir ki, Tatyana Moskalkova Rusiya Federasiyasının bütün
ombudsmanları adından
Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik
etdi, ona cansağlığı və
işlərində uğurlar
arzuladı. Tatyana Moskalkova
Rusiya Federasiyasının
Dövlət Dumasında
çalışdığı zaman Prezident İlham Əliyevlə görüşdüyünü məmnunluqla xatırladı.
O, yeni vəzifədə
- Rusiya Federasiyasının
insan hüquqları üzrə müvəkkili
vəzifəsində çalışmağa
başladığı dövrdən
azərbaycanlı həmkarları
ilə çox sıx əməkdaşlıq
qurulmasından məmnunluğunu
bildirdi. Xanım
Tatyana Moskalkova Azərbaycanın
və Rusiyanın İnsan Hüquqları üzrə müvəkkillikləri
arasında bu gün imzalanan müqavilənin əməkdaşlığımız
üçün keyfiyyət
baxımından yeni hüquqi əsas yaratdığını dedi.
Rusiyalı qonaq bu gün Bakıda
Azərbaycan Ombudsman təsisatının
yaranmasının 15 illiyi
ilə əlaqədar
“Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq,
inkişaf” mövzusunda
keçirilən konfransın
önəmini qeyd etdi.
Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Tatyana Moskalkovanı yeni vəzifəyə təyin
olunması münasibətilə
təbrik etdi. Bakıda keçirilən
konfransın çox önəmli bir mövzuya həsr olunduğunu bildirən dövlətimizin başçısı
Azərbaycanda 2016-cı ilin
“Multikulturalizm ili” elan olunduğunu vurğulayaraq bu sahədə ölkəmizdə
böyük işlərin
görüldüyünü qeyd etdi. Multikulturalizm və insan hüquqlarının
çox aktual mövzular olduğunu deyən dövlətimizin
başçısı qeyd
etdi ki, bu gün dünyada,
xüsusilə Avropada
miqrantlarla bağlı
problemlər çox kəskin xarakter alıb, miqrantlara qarşı müəyyən
siyasətçilər və
kütləvi informasiya
vasitələri tərəfindən
açıq hücumlar
edilir və bu hücumlar məhz multikulturalizm ideyalarına olan hücumlar kimi dəyərləndirilməlidir. Dövlətimizin başçısı buna görə də bu problemlərin
həll olunması, insan hüquqlarının
və multikulturalizm ideyalarının qorunmasında
vahid standartların tətbiq olunması məsələsinin müzakirəsinin
böyük önəm
daşıdığını qeyd etdi.
Görüşdə əməkdaşlığın
perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan.-
2016.- 29 dekabr.- S. 1.