“Azərbaycan Respublikası hökuməti ilə Almaniya Federativ
Respublikası hökuməti arasında diplomatik
nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə
üzvlərinin ödənişli əmək fəaliyyəti
haqqında” Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası hökuməti ilə Almaniya Federativ Respublikası hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında” 2016-cı il sentyabrın 2-də Berlin şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr
2016-cı il
Azərbaycan.-
2016.- 29 dekabr.- S. 3.