Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284 IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, II kitab, maddə 251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12, I kitab, maddə 676; 2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə 321, ¹ 8, maddə 598, ¹ 10, maddə 762, ¹ 11, maddə 900; 2005, ¹ 1, maddə 3, ¹ 6, maddə 462, ¹ 7, maddə 575, ¹ 10, maddə 904, ¹ 11, maddə 994; 2006, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008, ¹ 6, maddələr 454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr 1047, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 953; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 7, maddə 591; 2011, ¹ 4, maddə 253, ¹ 6, maddə 472, ¹ 7, maddələr 587, 601, 621, ¹ 11, maddə 980, ¹ 12, maddə 1093; 2012, ¹ 2, maddə 45, ¹ 3, maddələr 193, 196, ¹ 7, maddələr 666, 669, 673, ¹ 11, maddə 1068, ¹ 12, maddə 1223; 2013, ¹ 1, maddə 14, ¹ 2, maddə 102, ¹ 4, maddə 364, ¹ 5, maddələr 459, 479, 481, ¹ 6, maddələr 594, 600, ¹ 11, maddələr 1264, 1286, 1312, ¹ 12, maddə 1492; 2014, ¹ 2, maddələr 89, 95, ¹ 4, maddə 327, ¹ 6, maddələr 618, 622; 2015, ¹ 4, maddələr 339, 359, 368, ¹ 5, maddələr 504, 508, 510, ¹ 6, maddələr 678, 690, 692, ¹ 11, maddələr 1253, 1268, 1289, 1298; ¹ 12, maddə 1437, 1445; 2016, ¹ 4, maddələr 634, 636, 638, 653, ¹ 5, maddə 845, ¹ 6, maddələr 993, 1001) aşağıdakı dəyişikliklər edilsin:

1. 202-2-ci maddə üzrə:

1.1. adında “xidməti” sözüinsaydsözü ilə əvəz edilsin;

1.2. 202-2.1-ci maddədə “xidməti istifadə üçün nəzərdə tutulmuş” sözləri “insaydsözü ilə əvəz edilsin;

1.3. “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:

Qeyd: Bu Məcəllənin 202-2.1-ci maddəsində “insayd məlumat” və “insayder” dedikdə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 78.2-ci və 79.1-ci maddələrində nəzərdə tutulmuş məlumat və şəxslər başa düşülür.”.

2. 203.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“203.1. Qiymətli kağızların emissiya prospektinə (informasiya memorandumuna) bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatların daxil edilməsi, həmçinin bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatları özündə əks etdirən emissiya prospektinin (informasiya memorandumunun) təsdiq edilməsi və ya bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatları özündə əks etdirən qiymətli kağızların emissiyası və ya kütləvi təklifinin yekunları haqqında hesabatın təsdiq edilməsi xeyli miqdarda ziyan vurduqda -”.

3. 203-1-ci maddə üzrə:

3.1. adında “qiymətlərlə manipulyasiya” sözləri “manipulyasiyalarsözü ilə əvəz edilsin;

3.2. 203-1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“203-1.1. Qiymətli kağızlar bazarında manipulyasiyalar külli miqdarda ziyan vurmaqlaya külli miqdarda gəlir əldə etməklə törədildikdə -”;

3.3. 203-1.2.2-ci maddənin sonunda nöqtəli vergül işarəsi tire işarəsi ilə əvəz edilsin və 203-1.2.3-cü maddə ləğv edilsin;

3.4. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

Qeyd: Bu Məcəllənin 203-1.1-ci maddəsində “manipulyasiyalar” dedikdə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 78.4-cü maddəsində nəzərdə tutulmuş hərəkətlər başa düşülür.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 noyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 30 dekabr.- S. 6.