“Serbiya
Respublikasında E-763 avtomobil
magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina
hissələrinin tikintisinin maliyyələşdirilməsi
üçün borcverən qismində
çıxış edən Azərbaycan Respublikası
hökuməti və borcalan qismində
çıxış edən Serbiya
Respublikası hökuməti arasında 2012-ci il
2 fevral tarixində imzalanmış Kredit Sazişində dəyişikliklər
edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün borcverən qismində çıxış edən Azərbaycan Respublikası hökuməti və borcalan qismində çıxış edən Serbiya Respublikası hökuməti arasında 2012-ci il 2 fevral tarixində imzalanmış Kredit Sazişində dəyişikliklər edilməsi haqqında” 2016-cı il sentyabrın 22-də imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr
2016-cı il
Azərbaycan.-
2016.- 30 dekabr.- S. 6.