Zabrat qəsəbəsində əlillər üçün
sosial reabilitasiya mərkəzləri
və sığınacaqlar kompleksi istifadəyə
verilib
Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunmuş yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılışda iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, həmçinin yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzinin inşası Nazirlər Kabinetinin müvafiq sərəncamları əsasında aparılıb.
Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.
Azərbaycan Prezidenti, xanımı və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış oldular.
Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzinin binasının foyesində ulu öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən fotostend yaradılıb. Mərkəz tədris, üzgüçülük və idman zalı korpuslarından ibarətdir. Binada konfrans zalı və sərgi salonu var. Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslərin əl işləri sərgi salonunda nümayiş etdirilir. Bina görmə imkanı məhdud şəxslər üçün nəzərdə tutulmuş səsli sistemin olduğu liftlə də təchiz edilib. Mərkəzdə 12 çarpayılıq 4 palata, camaşırxana, metodika və stolüstü oyunlar otaqları da yaradılıb. Binada Brayl əlifbasının tədrisi, Brayl yazı nəşrləri, səsli nəşrlər, adaptasiya avadanlığı və ondan istifadənin öyrədilməsi üçün otaqlar da müasir səviyyədədir. Mərkəzdə rəqs və musiqi məşğələləri, həmçinin kompüter, biblioqrafik icmal, iri şrift otaqları və zəngin kitabxana da buraya gələnlərin ixtiyarına veriləcək.
Kompleksin 2800 kvadratmetrə yaxın tədris korpusunda okulist, terapevt, oftalmoloq, psixoloji təhlil, masaj, ayaq hissiyyatının artırılması və əl ağacından istifadəyə dair təlim, görmə imkanı məhdud şəxslərin vizual təsəvvürünün və yaddaşının inkişafı üçün təlim otaqları, həmçinin yeməkxana yaradılıb.
İdman korpusunda isə oyunlar zalı, təlimatçı və həkim otaqları var. Zalda görmə imkanı məhdud şəxslər idmanın müxtəlif növləri ilə məşğul ola bilərlər. Mərkəzin üzgüçülük korpusu da müasir səviyyədədir. Burada 25 metr uzunluğunda hovuz yaradılıb.
Ərazidə inşa olunan binaların
hamısı mərkəzləşdirilmiş isti
su, havalandırma sistemləri ilə təchiz
edilib, iki su çəni, elektrik təchizatı
üçün transformator
yarımstansiyası quraşdırılıb. Bütün korpuslar müasir mebel, inventar və digər avadanlıqla təchiz olunub. Ərazidə geniş abadlıq-quruculuq
işləri aparılıb.
Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 18 yaşdan yuxarı şəxslər üçün
sosial sığınacaqda
yaradılan şəraitlə
tanış oldular.
Ümumi sahəsi 2011 kvadratmetr olan üçmərtəbəli
binada həkim otağı, tibbi müayinə, qəbul-qeydiyyat
şöbəsi, yeməkxana
və mətbəx, camaşırxana, təmiz
inventar otaqları yaradılıb. Sığınacaqda, həmçinin stolüstü oyunlar, kompüter, müvəqqəti
müalicə boksu və müalicə otaqları, digər inzibati otaqlar var. Əlli yerlik on yataq otağında isə hər cür şərait mövcuddur. Binadakı konfrans
zalında müxtəlif
tədbirlərin keçirilməsi
mümkün olacaq.
Bundan başqa, bu qəbildən şəxslər
sığınacağın qiraət zalından, kitabxanasından, stolüstü
oyunlar otağından
da istifadə edəcəklər. Binada ərzaq
məhsulları üçün
soyuducu kameralar, tərəvəz, yataq ləvazimatları, həmçinin
bərk və yumşaq inventar anbarları da var.
Dövlətimizin başçısı
və xanımı yetkinlik yaşına çatmayanlar üçün
sosial sığınacaq
və reabilitasiya mərkəzində yaradılan
şəraitlə tanış oldular.
Mərkəz reabilitasiya korpusu və idman zalından ibarətdir. Üçmərtəbəli reabilitasiya korpusunda həkim, tibbi müayinə, qəbul-qeydiyyat otaqları, yeməkxana və mətbəx, valideynlərlə görüş və xidməti heyət üçün otaqlar var. Binada kompüter zalı, müəllimlər otağı və beş sinif otağı yaradılıb. Buradakı dərnək otaqlarında isə yetkinlik yaşına çatmamış şəxslər asudə vaxtlarını səmərəli keçirə bilərlər. Bu korpusda da konfrans zalı, stolüstü oyunlar və yataq otaqları sakinlərin ixtiyarına veriləcək. Mərkəzdə müasir idman zalı da yaradılıb.
Bu sosial
obyektlərdə yaradılan şərait bir
daha sübut edir ki, Azərbaycan
dövləti yaşından və sosial durumundan asılı olmayaraq,
bütün vətəndaşlarının
qeydinə qalır, onları normal
yaşayış şəraiti ilə təmin etmək üçün mühüm
işlər görür. Belə
layihələr Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən sosial siyasətin uğurla icra olunduğunu bir daha nümayiş etdirir. Bu sosial
siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı
dayanır.
Azərbaycan.-
2016.- 30 dekabr.- S. 1, 2.