Kuba Respublikası Dövlət Şurasının və
Nazirlər Şurasının Sədri Zati-aliləri cənab Raul Kastro Rusa
Hörmətli cənab Sədr,
Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 dekabr 2016-cı il.
Azərbaycan.-
2016.- 31 dekabr.- S.2.