Azərbaycan
Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 444; 2006, ¹ 12, maddə 1029; 2007, ¹ 5, maddə 442, ¹ 6, maddə 562, ¹ 8, maddə 756; 2009, ¹ 12, maddə 948; 2010, ¹ 3, maddə 171; 2012, ¹ 7, maddə 643; 2013, ¹ 3, maddə 214; 2014, ¹ 4, maddə 325; 2015, ¹ 1, maddə 1) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.4-cü maddəyə “Dəniz limanı” sözlərindən sonra “(bundan sonra - liman və ya dəniz limanı)” sözləri əlavə edilsin və həmin maddədə “yüklər ilə” sözləri “yük ilə” sözləri ilə əvəz edilsin.
2. 2.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“2.5. Liman idarəsi - limanın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə yaradılan və nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hüquqi şəxs.”.
3. 6-1.1.9-cu maddədən “(liman məntəqəsinin)” sözləri çıxarılsın.
4. 6-1.1.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6-1.1.22-ci maddə əlavə edilsin:
“6-1.1.22. Dəniz limanlarında gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın verilməsi.”.
5. 22.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 22.6-cı maddə əlavə edilsin:
“22.6. Bu Məcəllənin 6-1.1.8-ci və 6-1.1.10-cu maddələrində
nəzərdə tutulan şəhadətnamələr
müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilir və
həmin şəhadətnamələrin forması və
verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.”.
6. 68-ci maddədə “dəniz limanının məcburi qaydaları” sözləri “dəniz limanı üzrə məcburi qaydalar” sözləri ilə əvəz edilsin.
7. 69.2-ci maddədə “dəniz limanının məcburi qərarlarında” sözləri “dəniz limanı üzrə məcburi qaydalarda” sözləri ilə əvəz edilsin.
8. 84-cü maddənin adında, 84.1-ci maddədə, 85-ci maddənin adında və mətnində ismin müvafiq hallarında “liman hakimiyyət orqanları” sözləri ismin müvafiq hallarında “liman idarəsi” sözləri ilə əvəz edilsin.
9. 89-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 89. Xidmətlərin
göstərilməsi üçün
limanın müvəqqəti bağlanması
Fövqəladə hadisə, qanunsuz müdaxilə aktı, gəmi qəzaları və digər qəzalar baş verdikdə, habelə insan həyatı və ya sağlamlığı üçün təhlükə, əmlak və yükün korlanması və (və ya) məhvi təhlükəsi yarandığı hallarda limanda və ya dəniz terminalında xidmətlərin göstərilməsi mümkün olmadıqda, liman idarəsi xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanması barədə müvafiq icra hakimiyyəti orqanına dərhal müraciət edir. Müvafiq icra hakimiyyəti orqanı xidmətlərin göstərilməsi üçün limanın müvəqqəti bağlanmasını zəruri hesab etdikdə qərar qəbul edir, müvəqqəti bağlanmanın müddətini müəyyənləşdirir və bu barədə liman idarəsinə və dənizçilik sahəsində fəaliyyət göstərən təşkilatlara həmin gün yazılı məlumat göndərir.”.
10. XIII fəslin adı aşağıdakı
redaksiyada verilsin:
“Gəmi
agenti”.
11. 181-ci və
182-ci maddələr aşağıdakı
redaksiyada verilsin:
“Maddə
181. Gəmi agenti
Gəmi
agenti gəminin limana gəlməsi, limanda olması və limandan çıxması ilə
əlaqədar gəmi
sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin maraqlarını limanlarda qoruyan, onları dövlət orqanlarında
və liman idarəsində təmsil edən, digər rəsmiyyətləri yerinə
yetirən, gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin adından maliyyə tapşırıqlarını icra
edən və digər hərəkətləri
həyata keçirən,
gəmi agentinə dair BMT-nin Ticarət
və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən
edilmiş minimal tələblərə
cavab verən hər hansı
hüquqi və ya fiziki şəxsdir.
Maddə 182. Limanlarda
gəmi agenti
182.1. Limanlarda gəmi agentinin fəaliyyət qaydası, onun hüquq və vəzifələri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilən “Gəmi agenti haqqında Əsasnamə”
ilə müəyyən
edilir.
182.2. Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi
üçün müvafiq
icra hakimiyyəti orqanından sertifikatın
alınması tələb
olunur. Sertifikatın forması, qüvvədə
olma müddəti, verilməsi və ləğv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Sertifikatın alınmasına görə
“Dövlət rüsumu
haqqında” Azərbaycan
Respublikasının Qanununda
nəzərdə tutulmuş
dövlət rüsumu
ödənilir.
182.3. Limanlarda gəmi agenti BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən
müəyyən edilmiş
minimal tələblərə cavab verməlidir.
182.4. Gəmi agenti və gəmi sahibi, fraxt edən
və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxs arasında münasibətlər müqavilə
ilə tənzimlənir.”.
12.
183-187-ci və 190-cı maddələr
ləğv edilsin.
13.
239.3-cü maddənin birinci
cümləsində və
257.2.6-cı maddədə ismin
müvafiq hallarında
“dəniz agenti” sözləri ismin müvafiq hallarında “gəmi agenti” sözləri ilə əvəz edilsin.
14.
257.2.1-ci maddədə və
260.1.4-cü maddənin ikinci
cümləsində ismin
müvafiq hallarında
“dəniz agentləri”
sözləri ismin müvafiq hallarında “gəmi agenti” sözləri ilə əvəz edilsin.
15.
298.3-cü maddədə “liman
hakimiyyəti orqanlarının”
sözləri “liman idarəsinin” sözləri
ilə əvəz edilsin.
16.
319.2-ci maddənin birinci
cümləsində, 319.2.1-ci, 328.1-ci və 328.2.2-ci maddələrdə
“dəniz agentliyi” sözləri “gəmi agenti” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr
2015-ci il
Azərbaycan. - 2016.- 2 fevral.- S.2.