GUAM
üzvü olan
dövlətlərin dövlət sərhədlərindən
keçirilən mallar və nəqliyyat
vasitələri haqqında ilkin məlumat
mübadiləsinin təşkili barədə GUAM üzvü olan dövlətlərin
gömrük qurumları arasında Protokolun təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında 2015-ci il iyulun 8-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 yanvar 2016-cı il
Azərbaycan. - 2016.- 2 fevral.- S. 2.