Azərbaycan
Respublikasının Dövlət Sosial
Müdafiə Fondu ilə Belarus
Respublikasının Əmək və Sosial
Müdafiə Nazirliyi arasında məcburi
dövlət sosial sığortası sahəsində
əməkdaşlıq haqqında Protokolun
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 yanvar 2016-cı il
Azərbaycan. - 2016.- 2 fevral.- S. 2.