Azərbaycan tikinti sektorunun brendi
Son illərdə Azərbaycanda tikinti sektoru əhəmiyyətli
dərəcədə inkişaf edib. Paytaxtdan
başlamış ölkənin ucqarlarına qədər
tikinti işləri geniş vüsət alıb, yeni məktəblər,
uşaq bağçaları, idman və yaşayış
kompleksləri, inzibati binalar inşa olunub. Əgər
bunun bir səbəbi dövlətimizin artan maliyyə
imkanıdırsa, digər səbəbi azad biznes mühitinin
olmasıdır. “AAAF İNŞAAT” MMC-nin
Azərbaycanın müxtəlif yerlərində
gördüyü işlər, inşa etdiyi yaşayış
və idman kompleksləri bunun bariz nümunəsidir.
“AAAF İNŞAAT” MMC-nin yaradılması və fəaliyyətə
başlaması məhz Prezident İlham Əliyevin ölkədə
sahibkarlıq fəaliyyəti üçün
yaratdığı əlverişli mühitin, diqqət və
qayğısının nəticəsidir. MMC-nin təsisçisi,
1996-cı ildə Atlanta Yay Olimpiya Oyunlarında ölkəmizi
ağırlıqqaldırma üzrə təmsil etmiş
peşəkar idmançı Tofiq Heydərovla söhbətimiz
də Prezident İlham Əliyevin yanvarın 26-da “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına
həsr olunan konfransda sahibkarlığın daha da
inkişafı ilə bağlı fikirləri ilə
başladı. Onun sözlərinə görə,
cənab Prezidentin “Yeni dövr, yeni vəziyyət yeni
yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə
sahibkarlığı daha da genişləndirmək, sahibkarlara
daha da yaxşı şərait yaratmaq, yerli istehsalı
sürətləndirmək üçün əlavə tədbirlər
görülməlidir” - deməsi “AAAF İNŞAAT” MMC - nin gələcək fəaliyyətinə yeni
stimul verib.
“AAAF
İNŞAAT” MMC-nin həyata keçirdiyi ən uğurlu
layihələrdən biri Xırdalan şəhərində
saldığı “AAAF Park Yaşayış Kompleksi”dir.
“Şirkətimizin ən müasir standartları əsas
götürməklə apardığı tikinti işləri
son illərdə Xırdalan şəhərinin həm
inkişafına, həm də simasının modernləşməsinə
əvəzsiz töhfələr verib. Şəhərin
ən abad guşəsi olan “AAAF Park Yaşayış Kompleksi”
isə regionda nümunəvi şəhərsalma layihəsidir.
“AAAF Park” çoxfunksiyalıdır. Çünki layihə müasir yaşayış
binalarının, ailəvi istirahət və uşaq əyləncə
mərkəzlərinin, o cümlədən idman komplekslərinin
birgə harmoniyasından ibarətdir. Üstəlik, ərazisində
uşaq bağçasının, liseyin, tibb mərkəzinin
və digər sosial infrastruktur obyektlərinin fəaliyyət
göstərməsi “AAAF Park”ı ən modern bir
yaşayış kompleksi kimi təqdim etməyə imkan verir”
- deyə Tofiq Heydərov bildirir.
Ən əsası, “AAAF Park” ölkəmizin
daşınmaz əmlak bazarının liderlərindən
biridir. Şirkətin həyata keçirdiyi müxtəlif
sosial satış kampaniyaları hər zaman ilk və yenilikləri
ilə daşınmaz əmlak bazarında satış
strategiyasının dəyişməsinə təsir edə
bilir. Bu barədə danışan Tofiq
Heydərovun sözlərinə görə, “AAAF Park”ı həm
də sərmayə və yatırım layihəsi də
adlandırmaq olar. Çünki buradan mənzil və ya
sahibkarlıq fəaliyyəti məqsədi ilə obyekt alan şəxs heç vaxt uduzmur. Təcrübə göstərir ki, daşınmaz
obyektə yatırılan vəsait heç vaxt itirilmir. Reallıq da ondan ibarətdir ki, bu gün bazarın
diktə etdiyi şərtlərlə alınan mənzili ya təmir
edərək, ya da bir neçə ildən sonra daha sərfəli
qiymətə satmaq olar. Digər tərəfdən,
“AAAF Park” vətəndaşlara olduqca güzəştli şərtlərlə
sahibkarlıq fəaliyyəti üçün obyektlər də
təklif edir.
Xatırladaq
ki, ölkədə manatın devalvasiyasına və
bankların əhaliyə kreditləri yalnız dollarla verməsinə
baxmayaraq “AAAF Park”da manatla və hər kəs
üçün əlçatan ipoteka şərtləri ilə
mənzil sahibi olmaq mümkündür. Ümumiyyətlə,
indiyədək “AAAF Park”da təklif olunan satış şərtləri
daim sərfəli olması ilə fərqlənib. Çünki şirkət rəhbərliyi daha
çox bankların tətbiq etdiyi və nəticə etibarilə
vətəndaşların maliyyə itkisinə səbəb
olan müxtəlif vasitələrdən heç vaxt istifadə
etməyib. Bu isə “AAAF Park”ı həm də
bir sosial layihə kimi təqdim etməyə imkan verir.
Yeni ailə quranların, maddi gəliri nisbətən
aşağı olanların burada mənzil sahibi olması
üçün geniş imkanlar var. Bundan əlavə “AAAF
Park” layihəsi üzrə sadələşmiş vergi
sistemini nəzərə aldıqda 30 ay müddətinə 40
milyon manata qədər vergi ödəyəcək olan şirkət
keçən il 5 milyon manata yaxın vergi ödəyərək
regiondakı ən böyük tikinti şirkəti olduğunu
isbat etmişdir.
“2016-cı il hər bir ailəyə sevinc gətirsin”
şüarını özünə deviz seçən
şirkətin bu ilin yanvar ayından yenilənən
satış şərtləri də olduqca münasibdir. Belə ki, artıq yanvar
ayının 11-indən etibarən “AAAF Park Yaşayış
Kompleksi”ndən 25 ilədək - ildə cəmi 4 faiz daxili
lizinq şərtləri ilə mənzil sahibi olmaq
mümkündür. Satış şərtlərinə
təməli qazılmış, yarımtikili və tam
hazır binalardan olan mənzillər daxil edilib. Yeni şərtlər
üzrə alıcılar, təməl qazılma mərhələsində
10 faiz, yarımtikili 20 faiz və hazır mənzillərdə
isə 40 faiz ilkin ödəniş etməklə mənzil
sahibi ola biləcəklər. Kampaniyaya əsasən,
məsələn, 28.7 kvadratmetrlik 1 otaqlı mənzil əldə
etmək istəyən şəxs evin tam dəyərinin - 18
655 manatın (1 kvadratmetr 650 manatdan hesablanmışdır) 10
faizini, yəni 1 865 manatını ilkin ödəniş etməlidir.
Qalıq borc məbləği olan 16 790
manatı illik 4 faiz daxili annuitet hesablama şərtləri
olmaqla 25 ilədək bölmək mümkündür. Bu zaman ayda cəmi 89 manat ödəməklə bir
otaqlı mənzil sahibi olmaq mümkündür.
Azərbaycanda hələ bu cür şərtlərlə
daşınmaz əmlak təklifi yoxdur və xüsusən gənc
ailələr, bütövlükdə yeni mənzil almaq istəyən
hər kəs bundan yararlana bilər.
“AAAF Park” abşeronluların asudə istirahətini də
unutmayıb. Ərazidə salınmış parkda sakinlərin
rahat istirahəti üçün hər cür şərait
yaradılıb. Burada fəaliyyət
göstərən kafe və restoranlar gün ərzində
sakinlərin xidmətindədir. Kompleksin əsas
devizi “Sağlamlığa xidmət” olduğundan istirahət
parkında siqaret çəkmək yasaqdır. Kafe və restoranlarda isə müştərilərə
alkoqollu içkilər satılmır. Burada
uşaqların əylənmək imkanları da kifayət qədər
genişdir. Açıq havadakı
“Limuland” Uşaq-Əyləncə Mərkəzi isə daim
yeni əyləncələrlə uşaqların xidmətindədir.
Yol ətrafındakı müxtəlif
canlıların maketləri öz dinamikliyi və təbii səs
çıxarmaları ilə parka gələn qonaqların, əsasən
də uşaqların maraq və sevincinə səbəb olur.
Hündürlüyü 35 metr olan “Günəş
çarxı” burada uşaqların əylənmək
imkanlarını bir qədər də artırır.
“AAAF İNŞAAT” MMC-nin həyata keçirdiyi uğurlu
layihələrdən biri olan “AAAF Park Yaşayış
Kompleksi” artıq Xırdalan şəhəri ilə yanaşı,
Astarada da salınır. Astara şəhərinin Gənclər
küçəsində, yeni inşa olunan dənizkənarı
bulvara bitişik olan bu kompleksdə bütün növ xidmətlər
mövcuddur. 20 hektar ərazidə inşa olunan “AAAF Park
Astara”da süni şəlalələr, “Limuland” açıq
və qapalı uşaq əyləncə mərkəzi,
açıq fitnes meydançası, kafe-çay evi, “Zirvə”
Uşaq İdman Akademiyası, uşaq əyləncə
attraksionları, “Astara Towers”, 5 ulduzlu “Tuado” hoteli, hovuz və
SPA mərkəzi, çimərlik kompleksi, ağır atletika,
boks və taekvondo mərkəzləri, villalar, 4 və 5 mərtəbəli
binalar nəzərdə tutulur.
Həqiqətən, “AAAF Park” dövrünü qabaqlayan,
ən müasir standartlara cavab verən, modern, təkrarolunmaz
bir layihədir. Sağlam həyat tərzi ilə adi həyatın
ideal sintezinin yaradıldığı bu məkan, kiçik
bir şəhərdə olan bütün yaşayış
imkanlarını özündə ehtiva edir. Ona görə “AAAF Park”ın həm Azərbaycan
tikinti sektorunda, həm də ümumən müasir şəhərsalmada
bir brendə çevrildiyini deyə bilərik. Təsadüfi
deyil ki, “AAAF Park” “Consulting&Business” jurnalı tərəfindən
hər il təqdim olunan “Company of the Year” milli
mükafatının “Müasir şəhərsalmada ən
uğurlu tikinti layihəsi” nominasiyası üzrə 2015-ci
ilin yekunlarına görə qalibi oldu.
“AAAF İNŞAAT” MMC hələ 2006-cı ildə bu
layihəyə başlayarkən əsas məqsədlərdən
biri ölkəmizdə idmanın inkişafına xidmət etmək
olub. Ona görə də “AAAF Park” indinin özündə
həm də Azərbaycanın ağırlıqqaldırma
üzrə yığma komandasını peşəkar
idmançılarla təmin edən “Zirvə” İdman Klubunun əsas
təlim-məşq bazasıdır. Ən
müasir standartlar səviyyəsində inşa olunmuş
ağırlıqqaldırma zalında xeyli sayda
idmançı məşğul olur. Zalın
yaxınlığında inşa edilmiş birmərtəbəli
binalarda idmançıların yaşayışı
üçün hər bir şərait yaradılıb.
2015-ci il də “Zirve International Sport Clubs”
üçün əlamətdar olub. Klubun yeniyetmələr,
gənclər, böyüklər və veteranlar arasında
Avropa və dünya çempionatlarında yarışan atletləri
il ərzində 46 medal əldə ediblər ki, onlardan -
23-ü qızıl, 12-si gümüş, 11-i isə
bürünc medaldır. Atletlər tərəfindən
2 Avropa və 1 dünya rekordu müəyyən edilib.
“Zirvə”nin Azərbaycanın bölgələrində
böyük kompleksləri fəaliyyət göstərir. Lənkəran,
Sumqayıt, Şamaxı, Neftçala, Samux, Abşeron,
Goranboy, Qazax, Astara, Masallı, İsmayıllı və bir
çox başqa bölgələrdəki zallarda
idmançılara ən yüksək şərait yaradılıb.
Klubun ərazisi 30 ha olmaqla 50 min kv.m qapalı sahəyə
malik mərkəzi bazası “AAAF Park Yaşayış
Kompleksi”ndədir. Burada fəaliyyət
göstərən “Zirvə Liseyi”ndə 20-dən çox gənc
ağır atlet həm təhsil alır, həm də peşəkar
idman bacarıqlarını yüksəltməklə məşğuldurlar.
Ağır atletika, cüdo, bədii gimnastika,
futbol və başqa növlər üzrə bölmələri
olan “Zirvə” İK beynəlxalq səviyyəyə
çıxmaq üçün ilk addımlarını
atmağa başlamışdır. Klubun planetar layihəsi
olan - “Zirve International Sport Clubs”un Polşa, Bolqarıstan,
Rusiya, İran, ABŞ, İsrail, Belarus, Gürcüstan,
Türkiyə, Moldova və Ukraynada filialları
yaradılıb və bu istiqamətdə işlər davam
etdirilir. Artıq klubun filialları arasında
iki dünya kuboku və iki dünya çempionatı
keçirilmişdir.
“AAAF İNŞAAT” MMC-nin fəaliyyəti Prezident
İlham Əliyevin ölkəmizin inkişafı ilə
bağlı elan etdiyi prioritetlərə cavab verir. Həyata
keçirilən layihələr regional inkişafa, sosial
qayğıların yoluna qoyulmasına, idmanın yüksəlişinə,
idman infrastrukturunun yenilənməsinə öz töhfəsini
verir.
Ümumilikdə indiyədək 1000-dən artıq vətəndaşı işlə təmin edən şirkət son aylarda yaranan maliyyə çətinliklərinə baxmayaraq, heç bir işçini işdən azad etməyib. Əksinə, bu sayın artırılmasını qarşısına məqsəd qoyub.
Rəşad CƏFƏRLİ,
Azərbaycan. - 2016.- 2 fevral.- S.7.