Azərbaycan
Respublikası ilə Birləşmiş Ərəb
Əmirlikləri arasında sənədlərin imzalanması
mərasimi olub
Geniş tərkibdə görüş
başa çatdıqdan
sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin
vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd
bin Raşid Əl Məktumun iştirakı ilə sənədlərin
imzalanması mərasimi
olub.
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş”i və “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən iqtisadiyyat naziri Şahin Mustafayev, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Nazirlər Kabinetinin işləri üzrə dövlət naziri Məhəmməd Abdulla Əl Qirqavi imzaladılar.
AZƏRTAC
Azərbaycan. - 2016.- 3 fevral.- S. 1.