Səfər başa çatdı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri fevralın 2-də başa çatıb.

Dubayın Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

 

 AZƏRTAC

 

Azərbaycan. - 2016.- 3 fevral.- S. 1.