Azərbaycan Prezidenti İlham Əliyev
BMT-nin baş katibinin müavinini qəbul
edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 2-də BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və
Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı
katibi xanım Şamşad Axtarı qəbul edib.
Görüşdə Azərbaycan ilə BMT arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi, xanım Şamşad Axtarın ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu. Söhbət zamanı regional əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulandı, dünyada mövcud olan maliyyə böhranı şəraitində iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətindən danışıldı, Azərbaycanda bu istiqamətdə işlərin uğurla həyata keçirildiyi bildirildi.
Görüşdə, eyni zamanda, Azərbaycan-BMT əməkdaşlığının
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan. - 2016.- 3 fevral.- S. 2.